Page 21 - jirmunski
P. 21
Xalq qəhrəmanlıq eposu

rәk hәyata keçirirlәr. “Canqarnamә”dә öz vәtәnini xan Badmin
Ulan vә onun qoşunundan xilas edәn Canqarın, onun baş pәhlә-
vanları Xonqor vә Altan-Secinin övladları olan üç azyaşlı-baha-
dırdan söz açılır.32

Özbәklәrin “Gündüz vә Yulduz” dastanında (söylәyici Erqaş
Cumanbül Büloğlunun variantı) Qoroğlunun azyaşlı nәvәlәri Nu-
rәli vә Rövşәn dağlarda saysız-hesabsız düşmәn qoşununun
mühasirәyә aldığı Әvәzxanı – Nurәlinin atasını xilas etmәk üçün
yola çıxırlar. Qoroğlu vә onun igidlәri hәlә gәlib çatmamış, doq-
quzyaşlı Nurәli düşmәn qoşununa qalib gәlib atasını xilas edir.
Qazax eposunda (Edigey silsilәsindәn “Urak vә Mamay” dasta-
nı) Urakın biri doqquz, digәri yeddi yaşında olan oğulları Qara-
say vә Qazı baş bahadırlar olmadığına görә ikilikdә kalmıklara
qarşı çıxıb onlara qalib gәlirlәr.

Monqol eposunda ilk bahadırlıq sәfәrinә çıxan gәnc qәhrә-
manların yaşı da nağıl xarakteri daşıyır. Canqar artıq iki yaşında
“savaşın nә olduğunu bilir”; üçüncü yayına qәdәm qoyar-qoy-
maz ata minib üç qalanı dağıdır vә Gülcinmanqası fәth edir;
dörd yaşında o, artıq dörd qala dağıdıb Derdinq-Şarmanqası tu-
tur; beş yaşında “beş şulmusun öhdәsindәn gәlir, beş hökmdarı
әsir götürür”.33

Canqar ayrıca dastan hәsr olunmuş ilk şücaәtini – Altan-Se-
cinin ilxısının oğurlanmasını altı yaşında göstәrir; bu işdә ona
dostu, Canqarın gәlәcәk baş bahadırı beşyaşlı Xonqor kömәk
edir.34

B.V.Vladimirtsov tәrәfindәn yazıya alınmış oyrot dastanı
“Bum-Erdeni”dә üçyaşlı qәhrәman özünә adaxlı axtarmağa ha-
zırlaşır. Onun müdrik dayısı Ağsaqqal ona “bir il dә gözlәmәyi”
mәslәhәt görür vә bununla da hökmdarın qәzәbinә düçar olur.35
Üçyaşlı Bum-Erdeninin rәqibi Xacir-xara, dastanda deyildiyi ki-
mi, azca ondan böyükdür. “Onun yeddi yaşı var, ancaq hamını
qorxuya salır”. Dastanda deyilir: “O, kişilәri döymәkdәn hәzz
alır, arvadları oğurlamaqdan xoşlanırdı”.36 Hәmin silsilәdәn olan
digәr “Dayni-Kürül” epik nәğmәsındә dә üçyaşlı qәhrәman
ikiyaşlı Zan-Budinqlә döyüşә çıxır.37

Öz daxili bәdii mәntiqi çәrçivәsindә bu motivin oxşar inkişa-
fı qәhrәmanlıq eposuna sadәcә cәhalәt dövrünün mәişәt şәrtlәri

21
   16   17   18   19   20   21   22   23   24   25   26