Page 26 - jirmunski
P. 26
tor Jirmunski

(Vulkan) obrazında ilahilәşdirilmişdir; “İliada”da Qefest Axillin
qalxanını düzәldir. “Kalevala”da dәmirçi İlmarinen mәdәni qәh-
rәman, demiurq kimi çıxış edir, o, “göy qübbәsi” vә Sampo –
sehrli var-dövlәt vә xoşbәxtlik dәyirmanı düzәldir (“Kalevala”,
X runa). Bu, karel-fin eposunun da sәciyyәvi milli-tarixi xüsu-
siyyәtidir: “Kalevala”da eposun üç qәhrәmanından biri kimi tut-
duğu yerinә görә İlmarinen dә göl mәdәni ölkәsindә ta qәdimdәn
dәmirçi sәnәtinin intişar tapmasına borcludur.51

Bu mәşhur adlara Şәrqdә “Sasunlu David” pәhlәvanlarının
yaşlı qohumu – Keri Toros dayını, “atlardan yaxşı baş çıxaran”
sehrli dәmirçini dә әlavә etmәk olar.52

Qırğız eposu “Manas”da (Radlovun versiyası) kalmık xanı
Coloya hücumdan qabaq Manasın qılıncını vә zirehini tәmir
edәn vә bunun müqabilindә mükafat olaraq qәlәbәdәn sonra Co-
loyun böyük qızını özünә, balaca qızını isә oğluna alan Tökör
adlı mahir dәmirçidәn söz açılır.53 Orozbakovun versiyasında isә
“sehrli sәnәti”nin kömәyiylә Manasın qılıncını vә nizәsini düzәl-
dәn misirli mahir ustadan danışılır. Kalmık eposu “Canqarna-
mә”dә eyni rolda “mәşhur Kökö”, – Darxan Kökö çıxış edir.
Canqarın sәndәl ağacından düzәldilmiş cidasını yalnız bu mahir
usta tәmir edә bilәr.54 Hәmin dәmirçi Canqar üçün Şacınaşarban
(hәrfi mәnada: inamın yelpiyi) adlı qılınc düzәldir; “qılıncın dә-
mirini qoca dәmirçi Kökö әritdi, dәmirçi Mala döydü – onların
tayı-bәrabәri yox idi – seçilmiş ustalar da cilaladı”.55 Oyrat das-
tanlarında bahadır qılıncı vә onun düzәldilmәsinin tәsviri döyüşә
yollanan qәhrәmanın silahlanması sәhnәsinin bir hissәsinә aid-
dir. Müq. et: “Bum-Erdeni”dә: “Sonra Ak-Saxal dayı bir dәfәdә
min beş yüz şeytanın başını üzәn qara polad qılıncı çıxardı. Dәr-
bәnd dәmirçisi onu qırx il dәmirçi zindanında döymüşdü, Çin
dәmirçisi onun üstündә naxışlar salmışdı, rus dәmirçisi mәharәt-
lә ustalıq etmişdi, Nepal dәmirçisi xırda naxışlar vurmuşdu, elet
dәmirçisi tamamlamışdı, xalkas dәmirçisi dә üstündә dairәciklәr
cızmışdı. Qılıncın ucu qara poladdan, oyması qırmızıya çalan
gümüşdәn, dәstәyi yaşmadan idi, tiyәsindә od yanırdı. Sәrt ol-
ması üçün onu Xatun çayının ortasında suya salmışdılar, dümdüz

26
   21   22   23   24   25   26   27   28   29   30   31