Page 27 - jirmunski
P. 27
Xalq qəhrəmanlıq eposu

olması üçün Teqrük gölündә bәrkitmişdilәr. Ak-Saxal cingiltiylә
qılıncı öz qızıl qınına qoydu, onun qızıl düymәlәrini bağladı vә
belәcә tәşrif buyurdu”.56

Bununla belә, Şәrqin köçәri xalqlarının epik nәğmәlәrindә,
onların maddi mәdәniyyәtinin xüsusiyyәtlәrinә uyğun olaraq,
qәhrәmanın silahlanmasında nizәyә, oxa, qamçıya da az yer ve-
rilmir. Onların tәsviri monqol eposunun ümumi xüsusiyyәtlәrinә
aiddir.57

Manasın bahadır yarağı Aç-albars adlı qılıncdan, nizәdәn
(sabit epitetlә nayza: sır-nayza – şümal, cilalanmış nizә) vә dәdә-
babadan qalmış Ak-kelte (hәrfi mәnada: ağ kelte) tüfәngindәn
ibarәtdir. Manasın ölümündәn sonra onun yarağı oğlu Semeteyә,
atasının qisasçısı vә şöhrәtinin varisinә çatır. Xatırladaq ki, rus
bahadırı İlya Murometsin yaraq-әslәhәsindә “iti qılıncla” yanaşı,
“polad toppuz”, “murzamets nizәsi” vә “yol şalıqası” (şallağı) da
mühüm yer tutur.

At bahadırın döyüş yoldaşı vә әsas kömәkçisi kimi, eposda
savaş hәyatının real şәraitinә uyğun olaraq, bahadırlıq vә ya
sehrli nağıllarda olduğundan az әhәmiyyәt daşımır. Lakin nağıl-
da at qәhrәmanın sehrli kömәkçisi olaraq möcüzәvi xüsusiyyәt-
lәrә malikdir58.

Türk vә monqol xalqlarının bahadırlıq nağıllarında, köçәri
hәyat şәraitindә sehrli kömәkçi kimi ata xüsusi yer ayrılır. At öz
cildini dәyişәrәk ulduza, quşa vә ya milçәyә çevrilә bilir; xalq
nağıllarının estetik qaydalarına uyğun olaraq, silkәlәnib balaca
ayğıra, “cılız, qozbel dayça”ya dönür (bax: sәh.167). O, qәhrә-
mana ad qoyur, sehrli surәtdә ona “xalq vә mal-qara” yaradır,
onun qismәti olan adaxlını nişan verir, ona gedәn yoldakı sehrli
maneәlәri bildirir, qıza qovuşmağın yolunu göstәrir, qәhrәmanı
ucsuz-bucaqsız ümmanlardan keçirib dünyanın o başına, “yerlә
göyün qovuşduğu” yerlәrә aparır. O, ölmüş qәhrәmanı dirilik su-
yu ilә dirildir vә ya quyruğunun bir tükünü yetmiş sajen dәrinlik-
dә quyuya sallayaraq onu yeraltı qaranlıqdan dartıb çıxarır.

At qabaqcadan qәhrәman üçün müәyyәn edilir vә at özü gә-
lәcәk sahibini tanıyır. Onu bahadırla qarşılıqlı әlaqәlәr bağlayır;

27
   22   23   24   25   26   27   28   29   30   31   32