Page 32 - jirmunski
P. 32
tor Jirmunski

deni vә Xacir-Xara75, Әntәrә (әrәb eposunda) vә Raliyyә-ibn-
Muqqada76 vә başqaları belә qardaşlaşırlar. Ziqfrid vә Qunter dә
qardaşlaşmadan әvvәl tәkbәtәk döyüşә çıxmalı olurlar, lakin bu
döyüşün qarşısını almaq mümkün olur (eyni motivin zәiflәmiş
variantı). Bu epizod epik vә ya folklor mәnbәlәrindәn breton sil-
silәsi adlanan sonrakı fransız cәngavәrlik romanlarına da keçir;
bu romanlarda hәr yeni qәhrәman cәngavәrlik nümunәsi göstәrә-
rәk Qovenlә tәkbәtәk döyüşdә öz gücünü nümayiş etdirmәlidir
ki, mәşhur Dәyirmi masa cәngavәrlәri onu özlәrinә bәrabәr igid
kimi qәbul etsinlәr.

Savaş әsri üçün sәciyyәvi olan döyüş mövzuları ilә yanaşı,
bütün xalqların epik yaradıcılığında bahadır elçiliyi süjeti, qәh-
rәmanın evlәnmә sәfәri dә geniş yayılmışdır. Bir qәdәr sonra
slavyan eposu ilә bağlı elçilik haqqında epik dastanları gözdәn
keçirәcәyik. Hәmin süjetlәr cәmiyyәtin müxtәlif inkişaf mәrhә-
lәlәrindә evlәnmә vә ailә münasibәtlәrindәki dәyişikliklәri ardı-
cıl olaraq әks etdirir. Daha arxaik vә xüsusilә geniş yayılmış be-
lә süjetlәr arasında iki adaxlı vә ya oğlanla qızın bahadır qızın
arasında baş verәn cәngavәrlik yarışlarını xüsusi qeyd edә bilә-
rik (Brünhild vә Ziqfrid haqqında german dastanları, Alpamış
haqqında Orta Asiya dastanları vә s.). Evlәnmә yarışlarının so-
nuncu tipi әksәr Şәrq vә Qәrb xalqlarının epik yaradıcılığında
geniş tәmsil olunmuş döyüşçü qız obrazı ilә bağlıdır (yunan mif
vә eposunda amazonkalar, rus bılinalarında “cәsur bahadır qız-
lar” vә qәhrәmanlıq eposunun digәr bahadır qızları). Özünün da-
ha arxaik formalarında bu obraz matriarxal ailә münasibәtlәrinә
aiddir. Qәhrәmana mәğlub olmuş döyüşkәn gözәl, bir qayda ola-
raq, onun nişanlısı, ya da arvadı olur vә bundan sonra öz bahadır
gücünü itirir (bax: sәh.114 vә sonra).

Yuxarıda sadalanan vә digәr bir sıra epik motivlәr arasındakı
tipoloji oxşarlıq vә onlardan törәyib inkişaf edәn daha mürәkkәb
süjetlәr, nәticә etibarilә, ictimai şüurun inkişafının eyni sәviyyә-
sindә oxşar sosial gerçәkliyin bәdii ümumilәşdirilmәsinә әsasla-
nır. Ancaq bu motivlәrin bir çoxu (qәhrәmanın möcüzәvi doğul-
ması, sehrli mәğlubedilmәzlik vә yuxarıda qeyd olunan digәr

32
   27   28   29   30   31   32   33   34   35   36   37