Page 29 - jirmunski
P. 29
Xalq qəhrəmanlıq eposu

ki, alman tәdqiqatçısı prof.V.Volnerin güman etdiyi kimi, bu mo-
tivlәr “Şahnamә”dәn alınmışdır;61 bu xüsusiyyәtlәr eyni dәrәcә-
dә Homer eposunun bahadır atlarına, orta әsrlәr fransız vә rus
dastanlarına da xasdır.

İlxıdan qәhrәman üçün nәzәrdә tutulmuş atın seçilmәsi, onun
döyüş keyfiyyәtlәrinin yoxlanılması, xam atın ram edilmәsi ba-
hadırlıq nağıllarının mütlәq süjet qaydalarına aiddir: bahadırın
ilk sәfәri vә ilk döyüş şücaәti üçün mәhz elә bir at, elә bir qılınc
lazımdır ki, onların kömәyiylә igidlik göstәrmәk mümkün olsun.
Atın seçimi vә tutulub ram edilmәsi qәhrәmanın gücünün ilk sı-
nağı hesab edilir vә bununla yanaşı, bu, elә atın özünün dә sına-
ğıdır vә nağılda bu sınaqlar adәtәn möcüzәvi xarakter daşıyır.62

Bu xüsusiyyәtlәr qәhrәmanlığın ideallaşdırılması miqyasına
çatdırılması şәrtilә eposda saxlanıla da bilәr. Rüstәm Rәxşanı
ona görә seçir ki, tәkcә bu at onun bahadır әlinin ağırlığına tab
gәtirir. “Sasunlu David”dә dә Qorqik-işxanın tövlәsindәki qırx
әn yaxşı atdan heç biri Mqerin әlinin ağırlığına tab gәtirmir (“әli-
ni hansı atın belinә vurdusa, o at yerә yıxılıb çapalamağa başla-
dı”), Mqer ikiyaşlı qalıntüklü madyanı (cılız, qozbel dayça!) se-
çir ki, o da böyüyüb bahadır atı olur.63 Bu xüsusi mәqamda alın-
ma ehtimalı istisna edilmir, çünki orta әsrlәr Ermәnistanı bilava-
sitә İranın mәdәni tәsiri altında idi. Ancaq eyni xüsusiyyәtlәri biz
Marko Kraleviç haqqında dastanın bәzi xalq variantlarında da
görürük ki, burada hәmin tәsir az ehtimal olunur.64 Hәmin fikrә
vulqarlaşmış formada Alpamış haqqında kazan-tatar nağılında
da rast gәlinir; burada da atlar sınaqdan keçirilir: sınağa tab gәti-
rәn möhkәm atı tapanadәk qәhrәman hansı atın quyruğundan ya-
pışırsa, onun dәrisi çıxır.65

Nibelunqlar haqqında dastanların skandinav variantlarının
birindә, “Volsunqlar haqqında saqa”da (XIII fәsil) gәnc Siqurd
(Ziqfrid) tәrbiyәçisi kral Xyalprekin ilxısından özünә madyan
seçir; çünki digәr atlar qorxub geriyә, sahilә doğru üzdüklәri hal-
da, tәkcә bu madyan çayı әn dәrin yerindәn üzüb o tәrәfә keçir.
Bu, atların әn yaxşısı, gәlәcәk bahadır atı Qranidir; o, Sleypnirin,
tanrı Odinin әfsanәvi atının törәmәsidir. Odinin özü (saqaya görә

29
   24   25   26   27   28   29   30   31   32   33   34