Page 18 - jirmunski
P. 18
tor Jirmunski

qәhrәman qәtlә yetirilmiş atasının qisasını almalıdır (Siqurd vә
Perseval).

Qәhrәmanın möcüzәli qüvvәsi vә şücaәti hәlә körpәlikdәn
özünü büruzә vermәyә başlayır. Körpә bahadır artıq beşikdәy-
kәn digәr uşaqlardan fәrqlәnir. Yeni doğulmuş Rüstәmi on iki
dayә güclә yedirir. Körpә Rolandı isә (“Böyük Karl haqqında sa-
qa”nın island variantı) dörd dayә yedirir vә o, özünü bәlәmәyә
imkan vermir.22

Ermәni eposunda da Sasunlu David haqqında belә mübaliğәli
formada söz açılır:

David elә güclü idi ki, bәlәyini yırtırdı.
Onu dәmir zәncirlә bәlәmәyә başladılar,
Ancaq David o qәdәr güclü idi ki,
Zәncir dözmürdü, qırılırdı.
Onu nә ilә bәlәyirdilәrsә, hamısını yırtırdı.23

Qırğız eposunda deyilir ki, yeni doğulmuş Manası ilk dәfә
әmizdirәrkәn ananın döşlәrindәn süd әvәzinә qan gәlir; buna tab
gәtirmәyәn ana “iki-üç tuluq yağ” gәtirilmәsini әmr edir vә ac-
göz körpә onların hamısını birdәfәyә yeyib qurtarır. O, әl-ayağı-
nı oynadarkәn bir neçә qadın ona güc gәlib bәlәyә bilmir.24

Körpә bahadır “günlәrlә yox, saatlarla” böyüyür. Bu cür
möcüzәvi böyümә motivi bizә rus bılinalarından da mәlumdur.
Müqayisә et: “Saul Levanidoviç” (Kirşa Danilov, № 26):

Çar balası illәrlә böyümür,
Çar balası aylarla böyüyür.
İyirmi yaşlı uşaq isә
Odur, yeddi yaşlı Konstantinuşka…

Analoji xarakter bütün xalqların epik poeziyasında bahadırın
uşaqlığına xasdır.

Bizans eposunun qәhrәmanı Diqenis Akrit bu yaxınlarda ya-
zıya alınmış folklor materiallarına görә (Kipr), bir yaşında әlinә
qılınc, iki yaşında nizә alır, üç yaşında isә yaşlı bir pәhlәvana qa-

18
   13   14   15   16   17   18   19   20   21   22   23