Page 52 - jirmunski
P. 52
tor Jirmunski

Şәrq vә Qәrb üçün eyni dәrәcәdә sәciyyәvi olan daha bir mә-
qama diqqәt yetirәk. Adәtәn orta әsr epik şairlәri öz yaradıcılıq-
larında birbaşa fәrdi müşahidәyә vә gerçәk hadisәlәrin seçiminә
deyil, әnәnәvi poetik süjetlәrә müraciәt edirlәr. Hәtta kurtuaz
şairin şәxsiyyәti dә, hәlә ki, öncәdәn onun yaradıcılığı üçün se-
çilmiş tematik materialı diktә edәn әnәnәyә bağlanır. Qәhrәman-
lıq eposunda qәbilә vә ya drujina ifaçısı keçmişin gerçәk hadisә-
lәri ilә bağlı xatirә kimi dәrk edilәn xalq rәvayәtlәrinin tәsiri al-
tında olarkәn, romantik kurtuaz eposunun müәlliflәri uydurul-
muş mövzuya münasibәtdә daha sәrbәstdirlәr, onlar bu mövzula-
rı dәyişәn ideoloji tәlәbatlara vә öz cәmiyyәtinin bәdii zövqünә
uyğunlaşdıraraq әnәnәvi süjetlәri müstәqil variantlaşdırırlar. Fran-
sızların “Tristan”ı, Aleksandr vә Troya haqqında romanlar vә bir
çox digәr әsәrlәrin ardıcıl variantı bu tәrzdә yaranır. Analoji hal-
ları orta әsrlәr Şәrq әdәbiyyatında da qeyd etmәk olar: XII әsr-
dәn bu yana irandilli әdәbiyyatda “Leyli vә Mәcnun”, “Xosrov
vә Şirin” vә s. kimi mәhәbbәt dastanı süjetlәrinin çoxlu sayda ar-
dıcıl yenidәn işlәnmiş variantları mәlumdur. Nizaminin qәlәmә
aldığı bu iki poemanın fars dilindә çoxlu yenidәn işlәnmiş variantı
(XIX әsrә qәdәr) mövcuddur: birinci poema iyirmi altı, ikincisi
isә on doqquz yenidәn işlәnmiş variantda mәlumdur.92 Y.E.Ber-
telsin mәlumatına görә, әnәnәvi süjetlәrin belә yaradıcı işlәnmiş
variantları Şәrq әdәbiyyatında xüsusi nәzirә (cavab, yarışma)93 adını
almışdır.

Beynәlxalq qarşılıqlı әdәbi tәsir sahәsindә dә belә hallar
müşahidә olunur. Qartman fon Auenin alman Artur silsilәsindәn
olan romanları (“Erek” vә “İveyn”, XII әsrin sonu), әslindә, cüzi
fәrqlә vә yenidәn işlәnmiş variantları ilә fransız Kretyen de Trua-
nın eyniadlı romanlarının yaradıcı tәrcümәlәridir (dәyişdirmә-
lәrdir); Strasburqlu Qofridin alman “Tristan”ı da (XIII әsrin әv-
vәli) fransız dilindәki orijinala – Tomasın “Tristan”ına yaxın ye-
nidәn işlәnmiş variantıdır. Qeyd etmәk lazımdır ki, Qәrbdә fran-
sız әdәbiyyatı kimi, orta әsrlәr İran әdәbiyyatı da geniş beynәl-
xalq tәsir gücünә malik idi: bu әdәbiyyatın gürcü mәnbәsindәn
işlәnmiş variantını (mәsәlәn, Qurqaninin “Vis vә Ramin” әsәri,

52
   47   48   49   50   51   52   53   54   55   56   57