Page 59 - jirmunski
P. 59
Xalq qəhrəmanlıq eposu

gәndәrin aynası”, 1300-cü ilә yaxın), özbәk klassiki Әlişir Nәva-
inin (“İsgәndәrin sәddi”, 1483–1485-ci illәrә yaxın), elәcә dә
onun müәllimi vә dostu tacik şairi Caminin (elә o vaxta yaxın)
qәlәmlәrinә mәxsusdur.113

Orta әsr Qәrb vә Şәrq әdәbiyyatında İsgәndәr haqqında mә-
hәbbәt dastanlarının tarixi-tipoloji müqayisәsi hәlә aparılmayıb,
amma bu, son dәrәcә faydalı araşdırma olardı. Qәrb (latın) vә
Şәrq (İran) variantlarında İsgәndәrin avtobioqrafiyasının әsas
süjet xәtti yalnız ümumi cәhәtlәrdә üst-üstә düşür: hәr ikisindә
bir çox motivlәr vә epizodlar, bir-birindәn çox fәrqlәnәn yeni ya-
ranmış yaradıcılıq elementlәri tәşkil edir. Qәrbi Avropa cәnga-
vәrlik romanının әylәncәli tendensiyası ilә Şәrqdә, әsasәn dә,
әsәri “hökmdarın aynası” tipinә yaxınlaşan Nәvaidә, әxlaqi-si-
yasi didaktika qarşı-qarşıya qoyulur.114 Şәrqin Qәrb oxucusunda
maraq doğuran fantastik coğrafiyası bәzi hallarda (mәsәlәn, Ni-
zamidә) daha dәqiq müasir mәhdudlaşdırma ilә әvәz olunur.
Özünün mәnşәyi vә mövzusuna görә Şәrqlә sıx bağlı olan İsgәn-
dәr haqqında roman sonda Qәrbdәn daha çox, Şәrq ölkәlәrinә
yaxınlaşdı vә başa düşüldü. Artıq VIII әsrdәn etibarәn tarixi, di-
daktik vә roman xarakterli müxtәlif әsәrlәrdә İsgәndәr haqqında
gülmәli hekayәlәrә (hekayәtlәrә) rast gәlinir. Onlar klassik poe-
malar vә onların xalq yaradıcılığı ilә işlәnmiş variantları vasitә-
silә geniş kütlәlәrin içәrisindә mәşhurlaşdı vә indiyәdәk hәlә dә
kifayәt qәdәr öyrәnilmәdiyi halda, bütün Ön vә Orta Asiya şifa-
hi folklor әnәnәsindә geniş yayılmışdır. A.N.Veselovski yazır:
“Onun tәkcә zahirәn görünәn tәrәfinә toxunmağa dәyәr vә XVII
әsrin rus sәyyar vәrәqlәrindә tәsvir olunmuş möcüzә tәkrarlana
bilәr: müqәddәs Antoni sәhrada әsasını torpağa vurur, oradan
Makedoniyalı İsgәndәrin tac qoyulmuş qurşağacan fiquru çıxır”.115

Qәrb tәdqiqatçılarının orta әsrlәr Şәrq әdәbiyyatı ilә daha ya-
xından tanışlığı Şәrq vә Qәrb әdәbi ünsiyyәtinin elmә az mәlum
olan bir sıra digәr nümunәlәrini dә aşkar etmәyә imkan yaradır.
Biz macәra-mәhәbbәt xarakterli poetik süjetlәrin geniş yayıldı-
ğını aydın göstәrәn belә misalların birinin üzәrindә dayanacağıq.

Kretyen de Truanın süjet baxımından xristian әfsanә vә ya
rәvayәtlәri tipinә yaxın olan “Qilyom Anqliyski” romanı (“Guil-

59
   54   55   56   57   58   59   60   61   62   63   64