Page 68 - jirmunski
P. 68
tor Jirmunski
Bu mәsәlәyә xüsusi tәdqiqat işi hәsr edәn alman alimi Sen-
ker hәr iki romanda çoxsaylı oxşar xüsusiyyәtlәrin olduğunu
qeyd edir. Qoca kral (Mobad – İran, Mark – fransız poemasında)
әvvәllәr heç görmәdiyi gözәl kral qızını (Vis – İzolda) özünә hә-
yat yoldaşı seçir. Kral qızını onun yaxın qohumu (kiçik qardaşı
Ramin – Tristanın qardaşı oğlu) gәtirәrkәn yolda ona aşiq olur.
Toya qәdәr kral qızı gәnc qәhrәmanla sevgi macәrası yaşayır;
sonralar onun sevgilisi kral cütlüyünә yaxın adam kimi sarayda
qalır; sevәnlәri çulğayan ehtiras onları yeni-yeni görüşlәrә tәhrik
edir. Onların kömәkçisi rolunda dayә (fars romanında) vә ya
qәhrәman qızın rәfiqәsi vә qulluqçusu (fransız romanında) çıxış
edir. Senker yazır ki, “Raminin Visә vә Tristanın İzoldaya olan
mәhәbbәti onları bütün әxlaqi dәyәrlәri bir kәnara atmağa sövq
edәn qeyri-şüuri bir qüvvә ilә idarә edir. Sevәnlәr ayrı düşәndә
bir-biri üçün darıxır, ümidsizliyә qapılırlar, bir yerdә olduqda isә
tәrәddüd etmәdәn ehtirasa tutulurlar. Hәr iki romanın әsas mәz-
mununu kralı aldadaraq görüşmәyә can atan qәhrәmanların hiy-
lәlәri tәşkil edir. Kral isә әlindә şәksiz sübutların olmasına bax-
mayaraq, hәr dәfә öz hәyat yoldaşının mәsum olduğuna inanma-
ğa vә onu bağışlamağa hazırdır: o, arvadının günahkar olmadığı-
na inanır, çünki inanmaq istәyir, çünki vәfasız qadını dәlicәsinә
sevir vә onsuz yaşaya bilmir”.134
Romanlarda әsas hadisәlәrin gedişinin ümumi oxşarlığına
ayrı-ayrı tәsadüfi uyğunluqlar da әlavә olunur. Belә ki, fars poe-
masında kral sevәnlәrә Tanrı mәhkәmәsindәn (oddan) keçәrәk
özlәrini şübhәlәrdәn azad etmәyi tәklif edir. Bundan sonra se-
vәnlәr guya bu tәkliflә razılaşırlar vә fürsәt düşәn kimi saraydan
qaçaraq dağlıq yerlәrdә gizlәnirlәr. “Tristan”ın müxtәlif versiya-
larında bu analoji epizod müxtәlif formalara malikdir: Tomasda
İzoldanın ikibaşlı andlarla canını qurtardığı ilahi mәhkәmә (qız-
mar dәmirlә sınağa çәkilmә) yer almışdır. Berulda vә Eylxartda
isә aşiqlәr tonqalda yandırılmağa mәhkum edilirlәr, Tristan İzol-
danı xilas edir vә onlar meşәdә gizlәnirlәr. Romanın ikinci hissә-
sindә kralın әfv etdiyi Ramin dә Tristan kimi öz sevgilisini unut-
mağa çalışaraq könüllü sürgünә yollanır. Hәr iki qәhrәman qәrib
68