Page 69 - jirmunski
P. 69
Xalq qəhrəmanlıq eposu

yerdә özlәrinә gözәl hәyat yoldaşı tapırlar (Qorqanidә Gül, fran-
sız romanında isә ikinci İzolda). Lakin soyumaq bilmәyәn ehti-
ras onları sevdiklәri qadınların yanına qayıtmağa mәcbur edir.
Qadınlar әvvәlcә vәfasızları çox soyuq qarşılayırlar, ancaq son-
radan özlәrinin vә onların hisslәrinә tәslim olurlar.

Senker fransız romanın süjetini fars romanından alınma he-
sab edir, lakin bu alınmanın hәr hansı real yollarını göstәrә bil-
mir. Fәrz etmәk olar ki, bu halda da hәr iki romanın yaranmasın-
da poetik tәfәkkür oxşar, daxili qanunauyğun yollarla inkişaf et-
miş, dövrün tipik ziddiyyәtini – fәrdi mәhәbbәtin (silk-poetiklәş-
miş formada rıtsar “xanıma qulluğu”) feodal cәmiyyәtindә şәxsi
hisslәrә yox, ailә-siyasi maraqlara әsaslanan әr-arvad öhdәliklәri
ilә toqquşmasını әks etdirmişdir. Bu ziddiyyәt Qәrbdә daha qә-
dim dövrlәrә aid trubadur poeziyasından (XI әsr) çoxdan mәlum
idi vә buna sonrakı cәngavәrlik romanlarında da (Lanselot vә
Qvinevra vә b.) rast gәlinir. Bununla bağlı Engels haqlı olaraq
yazır: “Cinsi mәhәbbәtin tarixdә ilk dәfә olaraq ehtiras kimi
meydana gәlәn vә hәr bir insan üçün (hәr halda, hakim siniflәr-
dәn) mümkün olan forması, onun spesifik xarakterini saxlayan
ali cinsi hәvәs forması kimi, orta әsrlәrin rıtsar sevgisi bunun ilk
formasıdır vә qәtiyyәn әr-arvad sevgisi olmamışdır... Әksinә!
Özünün klassik görkәmindә provansallarda rıtsar sevgisi birbaşa
әr-arvad sәdaqәtini pozmağa yönәlmişdir vә şairlәr dә bunu tә-
rәnnüm edirlәr”.135 Ancaq belә ziddiyyәt yalnız әrlә sevgilinin
qohumluq әlaqәlәri vә feodal sәdaqәti ilә bir-birinә bağlı (Tris-
tan haqqında romanda da qarşılıqlı hörmәt vә mәhәbbәt) olduq-
ları halda әsl faciәvi xarakter alır vә әxlaqi mәna kәsb etmәyә
başlayırdı.

Hәr iki әsәrdә hadisәlәrin әsas, ilkin gedişi elә bununla
müәyyәn edilir. Çox ümumi xarakter daşıyan ayrı-ayrı motivlә-
rin digәr uyğunluqları bu әsas situasiyanın inkişafının daxili bә-
dii mәntiqindәn irәli gәlir. Hәr iki romanda bağda görüş, sadәlövh
әri aldatmaq üçün göstәrilәn müxtәlif tәşәbbüslәr, günahkarın vә
ya günahkarların qovulması, kömәkçi rolunda dayәnin vә ya rә-
fiqәnin çıxış etmәsi vә s. bütün bunlar xüsusi izah tәlәb etmir,

69
   64   65   66   67   68   69   70   71   72   73   74