Page 74 - jirmunski
P. 74
tor Jirmunski

üçün kifayәt deyil. Hәm dә yalnız ona görә yox ki, prof. V.F.Mi-
norskinin yazdığı kimi, “Xorasan vә Kornuel bir-birlәrindәn çox
uzaqda yerlәşdiklәrinә görә onlar arasında birbaşa vә ya qismәn
tәmas ola bilmәzdi”.147 Burada yuxarıda qeyd olunan mәqam da-
ha әhәmiyyәtlidir: keltoloqların göstәrdiyi kimi,148 Tristan haq-
qında romanın genezisi breton silsilәsi adlandırılan (kral Artur
vә Dәyirmi masa cәngavәrlәri haqqında) fransız cәngavәrlik ro-
manları üçün dәfәlәrlә mәnbә rolunu oynamış kelt dastanları
әsasında daha inandırıcı izah olunur. Bununla belә, hәmin mәn-
bәlәrә müraciәt olunması zәrurәti indiki halda romanın bütün
coğrafiyası ilә (Kornuel, İrlandiya, Bretan) tәlqin olunur.

Kuxullin vә Finn silsilәsindәn olan qәdim irland epik saqala-
rında ümumi süjetinә vә ayrı-ayrı motivlәrinә görә Tristan haq-
qında romanla üst-üstә düşәn bütöv bir qrup mövcuddur. Birinci
silsilәdәn olan “Usnexin oğullarının sürgün edilmәsi” vә xüsusi-
lә dә ikinci silsilәdәn olan “Diarmayd vә Qraynenin qaçması”
saqaları fransız romanına (elәcә dә bir-birinә) daha yaxındır.
Tristan haqqında romanla ümumi oxşar cәhәtlәr kimi prof.
A.A.Smirnov (ikinci halda) aşağıdakıları göstәrir: 1) qoca kralla
evlilik; 2) ona xәyanәt vә sevgilisi ilә qaçma; 3) sevgilisi әrinin
qardaşı oğlu olur; 4) meşәlәrdә vә çöllәrdә sәrsәri gәzib-dolaş-
ma; 5) aşiqlәrin faciәvi ölümü.149 Bu әsas hәlqәlәr, üçüncü hissә-
ni istisna etmәklә, birinci dastanda da vardır. Fransız romanında-
kı eşq badәsini hәr iki saqada sehrli sevgi ovsunu (geis) әvәz edir
ki, bunun kömәyi ilә qәhrәman qız gәnc qәhrәmana aşiq olub
onu sevmәyә vә qaçırmağa sövq edir.

Çox maraqlı detal uyğunluqları var ki, bunların da tәsadüfi
xarakter daşıması çәtindir. Markın sürgün etdiyi Tristan vә İzol-
da meşәdә sәrsәri dolaşarkәn Mark bir dәfә dәstәsiylә ova çıxır
vә onları bir yerdә yatan görür. Lakin onların arasında qılınc qo-
yulduğunun şahidi olur. Belәcә, onların münasibәtinin saflığına
әmin olur, onları әfv edir vә yenidәn saraya dәvәt edir. Bu motiv
adәtәn hiylәnin bir variantı kimi izah olunur – Mark öz xeyirxah
tәbiәtinә görә bu hiylәyә (bu halda öncәdәn düşünülmәmiş?) al-
danır; ancaq genetik nöqteyi-nәzәrdәn bu motiv öz izahını irland

74
   69   70   71   72   73   74   75   76   77   78   79