Page 77 - jirmunski
P. 77
Xalq qəhrəmanlıq eposu

II
SLAVYAN XALQLARININ EPOSU
MÜQAYİSӘLİ-TARİXİ ASPEKTDӘ

1
Folklorşünaslıqda, ümumiyyәtlә, әdәbiyyatşünaslıqda, “müqa-
yisәli üsul” dedikdә, adәtәn, әdәbi tәsir vә başqa xalqlardan alın-
mış mövzuların öyrәnilmәsi başa düşülürdü. Keçmişdә bu sahә
üzrә istәr xarici, istәrsә dә rus elmindә aparılmış çoxsaylı tәdqi-
qatlar qәdim formalist “müqayisәli araşdırma” metodologiyası-
na qarşı haqlı qınaqlar doğurdu. Sırf zahiri, çox vaxt tәsadüfi, bә-
zәn isә tamamilә xәyali oxşarlıq әsasında folklor vә ya әdәbiyyat
faktlarının prinsipsiz empirik müqayisәlәri, bütün oxşarlıqları
kәnardan mexaniki tәkan kimi başa düşülәn “tәsirlәr”in mövcud-
luğu ilә izah edilmәsi – bütün bunlar bütövlükdә sovet elmindә,
tam haqlı olaraq, “müqayisәli üsul”a qarşı inamsızlıq yaratdı.
Belә “üsul”, bir qayda olaraq, nә öyrәnilәn hadisәlәrin milli-tari-
xi vә ya xüsusi әdәbi inkişaf kontekstini, nә onun әks etdirdiyi
ictimai gerçәkliklә әlaqәsini, nә dә tarixi vә milli xüsusiyyәtlәri-
ni qәtiyyәn nәzәrә almırdı, bununla da bu yerli spesifika әsasın-
da bütün alınma nümunәlәrin dәrin sosial işlәnmәsinә әhәmiyyәt
vermirdi.
Halbuki müqayisә, yәni ictimai hadisәlәr arasındakı oxşar vә
fәrqli cәhәtlәrin müәyyәn olunması vә bunların tarixi nöqteyi-
nәzәrdәn izahı hәr bir tarixi tәdqiqat işinin mütlәq elementidir.
Müqayisә müәyyәn hadisәnin özәlliyini (fәrdi, milli, geniş mә-
nada sosial-tarixi) aradan götürmür; әksinә, yalnız müqayisәnin
kömәyi ilә, yәni hadisәlәr arasındakı oxşarlıqları vә fәrqlәri
müәyyәn etmәklә bu özәlliyin nәdәn ibarәt olduğu dәqiqlәşdiri-
lir vә o, tarixi nöqteyi-nәzәrdәn izah olunur.
Lakin belә müqayisә sözün müstәqim mәnasında xüsusi elmi
metod deyil, çünki üsulların fәrqliliyi (metodologiya adlandırdı-
ğımız anlayış) bu vә ya digәr elmi istiqamәtin dünyagörüşü ilә
şәrtlәndirilmiş elmi tәdqiqatın nәzәri prinsiplәri arasındakı fәrqi

77
   72   73   74   75   76   77   78   79   80   81   82