Page 78 - jirmunski
P. 78
tor Jirmunski

ifadә edir. Müqayisә metodologiya yox, metodika sahәsinә aid-
dir: bu, tәdqiqatın müxtәlif mәqsәdlәrlә vә müxtәlif metodlar
çәrçivәsindә istifadә edilә bilәn metodik üsuludur, lakin tarix elm-
lәri sahәsindә hәr hansı tәdqiqat işi üçün zәruridir. Ona görә dә,
mәsәlәn, marksist metodu müqayisәli metodla qarşı-qarşıya qoy-
maq düzgün deyil; onu formalist, mexaniki metodla, sosial real-
lıqdan ayrı düşmüş vә xaricdә mövcud olan müasir burjua elmi-
nin әksәr istiqamәtlәri üçün (mәsәlәn, folklorşünaslıq sahәsindә
nağılşünaslıq adlandırılan fin mәktәbi) xarakterik müqayisә ilә
qarşılaşdırmaq lazımdır. Mәlumdur ki, tarixi prosesin marksist
izahı әsasında müqayisәdәn Engels istifadә edirdi. O, “Ailәnin,
xüsusi mülkiyyәtin vә dövlәtin yaranması” әsәrindә Morqanın
tәsvir etdiyi Şimali Amerika irokez-hinduların ailә vә qәbilә
münasibәtlәrini elә hәmin ictimai inkişaf mәrhәlәsindә olan qә-
dim yunan vә romalıların qәbilә münasibәtlәrinin izahının açarı
kimi tәhlil edirdi.

Tarixi hadisәlәrin müqayisәsi zamanı müxtәlif (bir-biri ilә
bağlı olsa da) tәdqiqat problemlәrini fәrqlәndirmәk lazımdır.
Onların qarışıq salınması qaçılmaz olaraq dolaşıqlığa sәbәb olur
vә bu, muqayisәli-tarixi analizin nәticәsindә özünü büruzә verir.
Biz aşağıdakıları fәrqlәndiririk:

1. Oxşar әdәbi hadisәlәrin sadә müqayisәsi.
2. Oxşarlığı genetik qohumluğun nәticәsi, ümumi mәnbәdәn
törәmә vә ardıcıl olaraq tarixәn şәrtlәndirilmiş fәrqlilik kimi qә-
bul edәn tarixi-genetik müqayisә.
3. Genetik baxımdan әlaqәli olmayan hadisәlәri ictimai inki-
şafın oxşar şәrtlәri ilә izah edәn tarixi-tipoloji müqayisә.
4. Müәyyәn xalqların tarixi yaxınlığı vә onlar arasındakı qar-
şılıqlı mәdәni tәsiri şәrtlәnәn beynәlxalq mәdәni qarşılıqlı әlaqә-
lәrin, “tәsirlәr” vә başqa xalqlardan “alınmalar”ın әsasında hadi-
sәlәr arasında әlaqәlәri müәyyәn edәn müqayisә. Belә әlaqәlәr
dә genetik xarakter daşıyır, lakin tarixәn oxşar hadisәlәrin әmәlә
gәlmәsinin ilkin ümumiliyini (genetik “qohumluğunu”) ehtimal
etmir vә nisbәtәn daha sonrakı, oxşar ictimai-mәdәni inkişaf şә-
raitindә ikili yaxınlaşmaların nәticәsidir.

78
   73   74   75   76   77   78   79   80   81   82   83