Page 80 - jirmunski
P. 80
tor Jirmunski

әlaqәlәrini istisna etmir. Sadә müqayisәnin aparılması, tarixi şәrh
dәrinlәşdirildiyi tәqdirdә, hadisәlәr arasındakı zahiri oxşarlığın
müәyyәn edilmәsi istәr-istәmәz bunların arxasında duran tipoloji
uyğunluqların vә ya genetik әlaqәlәrin açılmasına gәtirib çxarır.
Genetik qohumluğun mövcudluğu, mәdәni irsin ümumiliyi icti-
mai inkişafın oxşar şәrtlәrindәn doğan tipoloji oxşarlığı artırır.
Bu inkişafla şәrtlәndirilәn tipoloji uyğunluqlar, öz növbәsindә,
beynәlxalq qarşılıqlı әlaqә vә әdәbi tәsirin mümkünlüyünün il-
kin şәrtidir. Bir sıra hallarda bu vә digәr hadisәlәrin fәrqlәndiril-
mәsi mühüm çәtinliklәrlә müşayiәt olunur. Belә mәhdudiyyәtlә-
rin meyarı kimi hansısa ümumi formul yox, yalnız tarixi şәraitin
vә konkret әdәbi faktların diqqәtli tәhlili götürülә bilәr.

2
Eposun müqayisәli şәkildә öyrәnilmәsinin bariz nümunәsi
kimi akademik A.S.Orlovun qazax eposu haqqında kitabını göstәr-
mәk olar.1 Qazax “qәhrәmannamәlәri”nin mәzmununu söylәyәr-
kәn A.S.Orlov buna üslubi şәrh verirdi vә bu zaman qazax epo-
sunun bәdii vasitәlәri analoji rus bılinalarının bәdii vasitәlәri ilә
müqayisә edilirdi. A.S.Orlov bu ümumi cizgilәrin “beynәlmilәl
şablonlar” olduğunu deyir: “Millәtlәrin ayrı-ayrı qruplarını bir-
lәşdirәn bu variantın mövcud şablonları yalnız başqa xalqlardan
alınma ilә izah edilә bilәr, bu şablonların vә variantlarının ümu-
miliyi vә oxşarlıqları mәdәni inkişafın ümumi dәrәcәsindәn,
müxtәlif xalqların eyni ictimai durumundan qaynaqlanır”.2
Cәnubi slavyan eposunun tәdqiqatçısı Draqutin Subotiç hә-
min metodla “yuqoslav xalq balladaları”nı (burada “ballada” ter-
mini Subotiçә mәxsusdur) Qәrbi Avropa xalqlarının epik nәğmә-
lәri vә balladaları ilә müqayisә edir.3 O vaxtlar London Universi-
tetindә serb-xorvat dilindәn mühazirә oxuyan Subotiçin kitabı
ingilis dilindә vә ingilislәr üçün yazılmışdır. Aydındır ki, müqa-
yisәlәr zamanı müәllif serb-xorvat epik “balladaları” ilә anqlo-
şotland balladalarının oxşarlığına daha çox diqqәt yetirir. Biz
çox vaxt zahiri xarakter daşıyan, A.S.Orlovun epos vә folklorun
“beynәlmilәl şablonlar” adlandırdığı mәqamlara әsaslanan müqa-
yisәlәrin üzәrindә dayanmayacağıq. Öz tәrәfimizdәn qeyd edәk

80
   75   76   77   78   79   80   81   82   83   84   85