Page 81 - jirmunski
P. 81
Xalq qəhrəmanlıq eposu

ki, analoji ictimai-tarixi şәraitlә şәrtlәndirilәn nisbәtәn böyük
oxşarlığı şotland sәrhәdçilәri haqqında balladaların (border bal-
lads) vә orta dövr adlandırılan vaxtın serb-xorvat epik nәğmәlә-
rinin (hayduklar vә uskoklar) mövzuları arasında da aşkar etmәk
olar.

Subotiçin serb-xorvat “balladaları” ilә ispan “romansları” vә
Marko Kraleviçlә ispan milli qәhrәmanı Sid Kampeador arasın-
da4 apardığı digәr müqayisә daha geniş perspektiv açır. Burada
hәr iki eposun әsas mövzusu kimi “xristianlarla müsәlmanların
mübarizәsi” göstәrilir.5 Bu müqayisә daha da genişlәndirilә bi-
lәr: cәnubi slavyan eposundakı türklәrә vә “araplar”a (“araplar”
tarixi mәnşәyindәn asılı olmayaraq öz funksiyasına görә elә hә-
min türklәrin epik variantıdır), tarixi reallığa uyğun olaraq, әsas
milli düşmәn kimi fransız vә ispan eposundakı mavr-sarasin, rus
bılinalarında isә әvvәlki Kiyev dövrünün folklorundan çöl köçә-
rilәri obrazını sıxışdırıb çıxarmış “yaramaz” tatar obrazları uy-
ğun gәlir. Bu arada mәzhәb ziddiyyәtlәri, adәtәn orta әsrlәrdә ol-
duğu kimi, xalqlar vә dövlәtlәr arasında olan toqquşmaların yal-
nız zahiri tәrtibatına xidmәt edir.

Ancaq sadaladığımız Avropa xalqlarının tarixi müqәddәratı-
nın dәrin fәrqliliyi bu yaxınlaşmadan daha әhәmiyyәtlidir. XIV–XV
әsrlәrin tarixi tәbәddülatlarından sonra cәnubi slavyanların üzә-
rindә türk hökmranlığı (Kosovo döyüşü haqqında nәğmәlәrdә
әks olunmuşdur) XIX әsrin milli-inqilabi hәrәkatına qәdәr da-
vam edirdi. Әksinә, ispan romansları, elәcә dә Sid haqqında poe-
malar müzәffәr azadlıq mübarizәsi rekonkista şәraitindә yaradı-
lırdı. Fransada әrәb işğalı tәhlükәsi Karl Martelin Puatye döyüşündә
(732 il) qәlәbәsi ilә aradan götürüldü. “Roland haqqında nәğ-
mә”dә vә ya “Aliskans”da hәlә dә Böyük Karlın İspaniyaya sә-
fәri, fransız cәngavәrlәrinin ispan rekonkistasında iştirakı, ilkin
sәlib yürüşlәrinin tarixi xatirәlәri vә ab-havası duyulsa da, sonra-
kı fransız vә karoling silsilәsindәn olan frank-italyan poemala-
rında sarasin pәhlәvanları, nәhәnglәri, döyüşkәn sarasin qızları
bütöv tarixi vә milli әhәmiyyәtini itirәrәk cәngavәrlik romanları-
nın poetik rekvizitlәrinә çevrilir. Nәhayәt, rus bılinalarında tatar

81
   76   77   78   79   80   81   82   83   84   85   86