Page 83 - jirmunski
P. 83
Xalq qəhrəmanlıq eposu

sonra mavrlar artıq İspaniyanın sahiblәri deyildilәr vә onların
hakimiyyәti tezliklә süquta uğradı. İspan eposu Ruy Diasın döyüş
şücaәtlәrinin şöhrәtini qoruyub saxlamışdı vә onun Saraqosa
әmirinә qulluğunu, ümumiyyәtlә, rekonkistadan sonra İspaniya-
nın siyasi hәyatının yeni şәraitindә mavrlara qarşı ikibaşlı siya-
sәtini unudaraq onu rekonkistanın xalq qәhrәmanı, Kastiliyanın
zәif vә qәddar kralı Alfonsun әsas dayağı kimi vәsf edә bilәrdi.
Balkanlarda isә vәziyyәt başqa cür idi. XV әsrin әvvәllәrindәn
etibarәn İstanbuldakı (әslindә bu şәhәr türklәr tәrәfindәn 1453-cü
ildә işğal olunmuşdur, yәni Markın ölümündәn altmış il sonra)
türk “şahı”nın әsrlәr boyu davam edәn ali hakimiyyәti qaçılmaz
tarixi reallığa vә bununla da xalq qәhrәmanının epik rәşadәtlәri-
nin mütlәq fonuna çevrildi.

Voislav Curiç yazır: “Markonun yaşadığı dövrdә türklәrin
qüdrәti öz pik nöqtәsinә çatmışdı vә onu mәğlub edә bilәcәk
başqa bir qüvvә yox idi. Ona görә dә nәğmәkarın Mark Kralevi-
çin nәğmә obrazını әlaqәlәndirmәli olduğu reallıq türk hökmran-
lığının dәyişmәzliyi ilә xarakterizә olunurdu. Türklәr ölkәdә idi-
lәr, onların qüdrәti hәdsiz idi vә hәlә uzun müddәt bu şәraitin dә-
yişmәsi haqqında heç fikirlәşmәyә dә dәymәzdi. Ona görә dә
xalq nәğmәkarı Mark Kraleviçi türk vassalı kimi tәsvir etmәli idi
(bu, tarixi nöqteyi-nәzәrdәn doğru idi). Ancaq türklәrin iradәsi
ilә tәzyiq altında saxlansa da, xalq nәğmәkarının azadlıq arzusu
sönmәz idi. Bu arzudan inadkar vә dalaşqan Marko Kraleviç ob-
razı yarandı. Türklәri ölkәdәn qovmaq mümkün olmasa da, onla-
rın hakimiyyәti bütün hallarda dәyişmәz fakt olaraq qalsa da, hәr
halda, qılınc onların başını kәsә, bahadur әmudu qabırğalarını
sındıra bilәrdi. Bu qılıncı vә әmudu xalq Marko Kraleviçin әlinә
vermişdi. Marko Kraleviç xalqın türk әsarәti ilә barışmazlığının
mәhsuludur”.8

Biz burada Subotiçin mülahizәlәrini tәhlil etdik. Mәqsәd isә
sinxron tәhlilin nәticәsi kimi müqayisәnin daim tarixi şәrhә ehti-
yacı olduğunu göstәrmәk idi. Bu tәcrid olunmuş motiv vә situa-
siya hallarına da aid edilә bilәr.

Cәnubi slavyan epik nәğmәlәrinin Homer eposu ilә müqayi-
sәsinә aid bir neçә misal göstәrәk:

83
   78   79   80   81   82   83   84   85   86   87   88