Page 87 - jirmunski
P. 87
Xalq qəhrəmanlıq eposu

dırılmamış әdәbi prosesin bu ümumi konsepsiyası ona xronoloji
olaraq eyni zamana tәsadüf edәn vә qarşılıqlı tarixi tәsirlә bağlı
olmayan, ancaq ictimai inkişafın eyni vә ya oxşar mәrhәlәsindә-
ki hadisәlәr arasında geniş müqayisәlәr aparmağa imkan verir:
qәdim german eposu ilә “İliada” vә “Kalevala”, Alkey vә Sapfo-
nun lirik rübailәri ilә İtaliya xalq “stornelli”lәri, qәdim yunanla-
rın ayin xarakterli dramları ilә Şimali Sibir xalqlarının “ayı dra-
mı”, qәdim yunanların, germanların vә keltlәrin qәbilә vә druji-
na nәğmәkarları ilә Qafqaz aşıqları, daha sonrakı Qәrbi Avropa
jonqlyorları vә şpilmanları ilә Sudan qriotları vә başqaları ara-
sında müqayisәlәr aparılır. Bu metod son nәticәdә böyük alman
demokrat-yazıçısı Herderin tarixi universalizminә dayanır.23

Poeziyanın ilkin nәğmә-rәqs mәrasim sinkretizmindәn fәrdi
yaradıcılığa, xor iştirakçısından nәğmәkara vә şairә qәdәr inki-
şafı müxtәlif xalqlar üçün ümumi olan qanunauyğun tarixi yol
“Tarixi poetika”da müasir Avropa xalqlarının poetik yaradıcılığı-
nın tarixi tәsdiqi, mәdәni baxımdan geri qalmış xalqların incәsә-
nәti vә sinfi cәmiyyәt folklorunda “canlı qәdimiliyin” qalıqları
(reliktlәri) әsasında bәrpa edilir. Belә müqayisәli metod mәnşә-
yindәn, coğrafi yayılmasından vә xronoloji uyğunluqlardan asılı
olmayaraq әdәbi prosesin bütövlükdә mәdәni-ictimai proses ki-
mi inkişafının birliyini vә qanunauyğunluğunu nәzәrdә tutur.

Veselovskinin poeziyanın inkişafı, xüsusilә qәhrәmanlıq epo-
sunun ilkin mәrhәlәlәrinә aid bu baxışları burjua etnoqrafiyası
klassiklәrinin hәmin mәsәlәyә yanaşmasından qaynaqlanır. O
özü “möhtәşәm kitab” adlandırdığı Teylorun “İbtidai mәdәniy-
yәt” әsәrinә istinad edir.24 Kitabın giriş fәslindә Teylor zahiri
xronologiyadan vә coğrafi yayılma arealından asılı olmayaraq,
maddi vә mәnәvi mәdәniyyәt hadisәlәrinin oxşarlığı vә daimili-
yi haqqında fikir yürüdür, bu faktı tarixi inkişafın qanunauyğun-
luğunun tәsdiqi kimi nәzәrdәn keçirir. “Qәdim İsveçrәnin göl әt-
rafında yaşayan sakinlәri orta әsr asteklәri, elәcә dә Şimali Ame-
rika Oyibvası Cәnubi Afrika Zulusu ilә yanaşı qoyula bilәr”.25
Bununla belә Teylor xalqların mәdәni inkişafının irqi qapalılığı-
nı vә tәcrid şәraitindә olmasını qәtiyyәtlә inkar edәrәk sivilizasi-

87
   82   83   84   85   86   87   88   89   90   91   92