Page 92 - jirmunski
P. 92
tor Jirmunski

nәzәriyyә istәr Sovetlәr birliyindә, istәrsә dә Yuqoslaviyada haqlı
tәnqidlәrә mәruz qalır.42

Tәfәrrüata varmadan xatırlatmaq istәrdik ki, epos qәhrәman-
larının sosial mәnşәyi haqqında mәsәlә heç dә onun sosial tәbiәti
vә ideologiyası mәsәlәsi ilә üst-üstә düşmür. Cәnubi slavyan
eposunun Marko Kraleviç vә ya Yuqoviç kimi xalq qәhrәmanla-
rı, özlәrinin sosial mәnşәyindәn asılı olmayaraq, dar sinfi, “kübar”
yox, xalq ideallarının ifadәçisi kimi çıxış edirlәr (rus nağıl qәhrә-
manı şahzadә İvan kimi).

Slavyan eposu qәhrәmanlarının “sosial mәnşәyi”nә gәlincә,
İlya Muromets obrazının inkişafının klassik nümunәsindә onun
sonrakı demokratiklәşmәsini izlәmәk mümkündür. Ortnit haqqın-
da alman dastanına әsasәn, İlya Russki XII әsrdәn nә “köhnә kazak”
(XVI–XVII әsrlәrdә olduğu kimi), nә dә kәndli oğlu (XVIII–XIX
әsrlәrdә olduğu kimi) olmayıb. O, knyaz drujinaçısı olub vә hәtta
knyaz Vladimirin qohumu hesab olunub (bax: sәh.175 vә sonra). An-
caq Vladimir dövründә knyaz drujinasının sosial tәrkibi mәsәlә-
si ilә bağlı D.S.Lixaçov analoji mәsәlәyә münasibәtdә haqlıdır:
Rus eposunun tәdqiqatçıları Dobrınya Nikitiçi tarixi Dobrınya –
knyaz Vladimirin dayısı, yәni xәzinәdar Maluşanın qardaşı ilә
әlaqәlәndirәrkәn nәzәrә almayıblar ki, knyaz Vladimirin özü ali-
cәnab Roqneda-Qorislava üçün “robiçiç”, kölә oğlu idisә, onun
dayısı (“uy”), tarixi Dobrınya özü dә bu baxımdan “robiç”, yәni
xalq içәrisindәn çıxmış drujinaçı idi.43 V.Y.Proppun44 müşahidә-
lәri dә düzgündür: bılinalarda bahadırlar heç vaxt rus feodal aris-
tokratiyasının nümayәndәlәri ilә, knyaz vә boyarlarla qarışdırıl-
mır. Müq. et, mәsәlәn, Kirşa Danilovda (“Knyaz Vladimirin ev-
lәnmәsi haqqında”, № 11): “Ziyafәtdә çoxlu knyazlar, boyarlar
vә qüdrәtli bahadırlar var idi…”.

Yunak vә hәtta qәdim dövrün digәr cәnubi slavyan nәğmәlә-
rinin sevimli xalq qәhrәmanları nә tarixdә, nә dә ki eposda nә
plemiçlәr, nә dә velikaşlar deyil: Lazar Stefan Duşanın qulluqçu-
sudur vә eposda deyilir ki, nәcib soydan olmayan bu insan yalnız
çar Stefanın şәfqәti sayәsindә “aristokrat” Yuq-Boqdanın qızı ilә
evlәnә bilmişdi. (Vuk, II, № 31, “Knyaz Lazarın evlәnmәsi”);
elәcә dә knyaz Lazarın qulluqçusu kimi eposda çöldә sәrgәrdan-

92
   87   88   89   90   91   92   93   94   95   96   97