Page 93 - jirmunski
P. 93
Xalq qəhrəmanlıq eposu

çoban qadının dünyaya gәtirdiyi vә “madyan”ın әmizdirdiyi Mi-
loş Kobiliç çıxış edir; onun arvadı Milisa ilә nәhәng Vuka Bran-
koviçin arvadı arasında öz әrlәrinin mәrifәti haqqında mübahisә
düşür (eposa әsasәn, bu mübahisә böyük xalq müsibәti, Kosovo
döyüşü günü hәlledici rol oynamışdır) vә mübahisә zamanı açıq-
aşkar sosial motivlәr sәslәnir. Burada xalqın simpatiyası bütövlükdә
“aristokrat” Vuka Brankoviçin yox, sadә insanın – yunak Milo-
şun tәrәfindәdir. Xalq eposu feodal aristokratların tamahkar iddi-
alarının, onların eqoist qalmaqallarının sәbәbini qoca serb
hökmdarının ölümündә görür. Baxmayaraq ki, әslindә Vukaşin
Uroş şahı öldürmәmişdi, ondan ayrılıb Makedoniya әyalәtlәrin-
dә özünü müstәqil “kral” elan etmiş (1366) vә türklәrә qarşı Ma-
risa döyüşündә öldürülmüşdü (1371). Baxmayaraq ki, Vuk Bran-
koviç, görünür, Kosovoda Lazarı tәrk etmәmişdi, yalnız onun
ölümündәn sonra şahzadә Milisa vә onun oğlu Lazarla düşmәn-
çilik etmişdi, xalq eposu Nemaniçlәrin vә knyaz Lazarın sima-
sında tәcәssüm tapan serb dövlәtinin birliyi mövqeyindә dayana-
raq Makedoniyanın bu feodallarını ümumserb milli marağını sa-
tan insanlar kimi nәzәrdәn keçirir. Dәfәlәrlә qeyd olunduğu ki-
mi, satqın feodal rolunda çıxış edәn Vuk Brankoviç obrazı “Ro-
land haqqında nәğmә”dәki satqın Qanelonla vә sonrakı fransız
eposundakı Qanelon nәslindәn olan çoxsaylı xәyanәtkar feodal
obrazları ilә tipoloji oxşarlıq tәşkil edir..45

Şübhәsiz, N.Banaşeviçin46 söylәdiklәrinin әksinә olaraq, bu-
rada “iqtibaslar” yoxdur. Bu, fransız vә serb eposunun tipoloji
oxşarlığında poetik ifadәsini tapmış hәmin dramatik situasiyada
da mövcud deyil: türklәrin mühasirәyә aldığı Miloş knyaz Laza-
rı kömәyә çağırmağa mәcbur olur vә Qanelon Rolandın çaldığı
şeypur sәsini eşidәrәk öz qohumunun kömәyinә tәlәsәn Karlı
saxladığı kimi Vuk Brankoviç dә Lazarı saxlamağa çalışır.47

Xalq qәhrәmanlıq eposu üçün sәciyyәvi olan tarixi reallığın
bu konsepsiyası, çәtin ki, “kübar”, “individualist” vә “milli ma-
raqlara yad” adlandırıla bilәr. Bu konsepsiya feodal aristokrati-
yasının dünyagörüşünü yox, geniş xalq kütlәsinin, bu eposun әsl
yaradıcılarının vә onun ideya ilhamçılarının maraqlarını әks et-
dirir.

93
   88   89   90   91   92   93   94   95   96   97   98