Page 98 - jirmunski
P. 98
tor Jirmunski

dırlıq nağılına aiddir (bax: sәh.129). Digәr hallarda (Marko Kra-
leviç, Miloş Obiliç vә b.) biz sonrakı poetik ideallaşdırmaların
olduğunu görürük. Nәğmәlәrin birindә (Petranoviç, III, № 24,
“Miloş Obiliç zmajski sin”, sәh. 255–256) yeddi serb yunak-әj-
dahasının adı çәkilir: Miloş Obiliç, Alovlu Әjdaha Vuk, Relya
Boşnyanin, Banoviç Sekula, Banoviç Straxinya, Lyutisa Boqdan
vә Kraleviç Marko (“onların hәr birindә әjdaha-ilan әlamәtlәri
var” (“svaki imaj zmajevu bilequ”).67

Rus bahadırlarından Volx Vseslavyeviç “әjdaha oğludur”, әj-
dahadan törәyib; bılinalarda bu qәdim motiv bahadırlıq nağılı
üçün sәciyyәvi olan bir sıra digәr motivlәrlә üzvi surәtdә bağlı-
dır (bax: sәh.126 vә s.). Müq. et, mәsәlәn, Kirşa Danilovda (№
6).

Bu motivә Saul Levanidoviç haqqında bılinada da rast gәli-
nir (Kireyevskinin variantı, III, sәh.113).

Öz mәnşәyinә görә analoji totemist motiv başqa nәğmәlәrdә
dә var: Mark Kraleviç vә onun qardaşı Andriyaşa kral Vukaşinin
buz kimi göldәn tutduğu ağ viladan doğulur (Boqişiç, № 85,
XVIII әsr). Bir çox cәnubi slavyan nәğmәlәrindә bu vә ya digәr
mәşhur yunakın vila ilә evlәnmәsindәn söz açılır: meşә vilası
(“naqorkina”) vә ya su vilası (“brodarisa”) bütün bu nәğmәlәrdә
quş-qız cildindә (nazәnin qız) olur ki, bu obraz da hәm cәnubi
slavyan, hәm dә rus nağıl folkloruna tanışdır.68 Mәsәlәn, Novak
Debeliç (Boqişiç, № 39), Lütisa Boqdan (Petranoviç, I, № 30), Pyotr
Latinyanin (elә orada, III, № 58), İlya Kotarliç (Nikoliç, № 33) vә
başqaları; bolqar nәğmәlәrindә Yovan Popov (Miladinovlar, I, 1-
2) vila ilә evlәnirlәr;69 xorvat nәğmәsindә vә Makedoniya nağı-
lında isә bu süjet Marko ilә bağlıdır.70 Belә fikirlәşmәk olar ki,
vila ilә evlәnmә, әjdahadan törәmә motivi kimi, zaman keçdikcә
bütün yunakların avtobioqrafiyası üçün mütlәq olan mәşhur epik
şablona çevrilmişdir. Bu mövzu (başqa süjet inkişafı ilә) rus bıli-
nalarına da tanışdır (Mixaylo Potık vә Mariya vә ya Nastasya Ağ
Durna). Cәnubi slavyan nәğmәlәrindә meşәdә öz rәfiqәlәri ilә
çimәn vilanı görәn bahadır, onun paltarını oğurlayır (quş-qızın
“qanadlarını”) vә bununla da onu özünә arvad olmağa mәcbur

98
   93   94   95   96   97   98   99   100   101   102   103