Page 97 - jirmunski
P. 97
Xalq qəhrəmanlıq eposu

Ziqfridin kölgәlәrini narahat etmәyә ehtiyac yoxdur, belә ki, bu
oxşar motivә bahadırlar haqqında Şәrq eposunda da rast gәlinir:
әrәb bahadırı Әntәrәnin qılıncı da daşı kәsir.62

Eyni zamanda nağıl motivlәri eposda dәyişilmәz olaraq qal-
mır: onlar mümkün vә hәqiqәtә uyğun olanların yeni qavramları-
na uyğun olaraq transformasiyaya uğrayır.

Qәhrәmanlıq eposunun epik şablonlarının nümunәsi kimi biz
üç mövzu üzәrindә dayanacağıq: qәhrәmanın doğuluşu, onun
ölümü vә bahadır elçiliyi.

5
Qәhrәmanın sehrli mayalanması vә sehrli doğuluşu motivi
mifdә vә nağılda geniş yayılmışdır (bax: sәh.12). Öz inkişafının
daha qәdim mәrhәlәsindә epos ilkin mifoloji әhәmiyyәtini artıq
itirmiş bu kimi motivlәri xalq qәhrәmanı obrazının poetik ideal-
laşdırılmasının elementi kimi saxlayır (“Sasunlu David”dә Sana-
sar vә Bağdasarın, kelt saqalarında Konhobarın vә Kuhulinin do-
ğuluşu, Çingizxan haqqında dastan vә s.).
Cәnubi slavyan nәğmәlәrindә belә süjetlәrә yalnız şah qızı
Qrozdananın atasının külә döndәrdiyi cәsәdin kәllәsindәn sehrli
mayalanması haqqında nağıl aiddir.63 Ancaq mәşhur tarixi hökmdar
Stefana (Duşanın) aid edilmәsinә baxmayaraq bu nәğmә qәhrә-
manlıq eposu janrına aid edilә bilmәz vә süjet etibarilә geniş ya-
yılmış beynәlxalq sehrli nağıla dayanan bir әfsanәdir.64
Bundan az qәdim olmayan mif vә nağılların digәr tipi qәhrә-
manların nәslini mәnşәcә totemist tәsәvvürlәrә aid edib heyvan
әcdadlara aparıb çıxarır.65 Ancaq bu, o demәk deyil ki, bılinaların
müvafiq epik süjetlәrindә (vә ya cәnubi slavyan eposunda) “şәr-
qi slavyanların heyvanın әcdad haqqında qәdim totemist tәsәvv-
ürlәri” saxlanmışdır66: qәhrәmanlıq eposunda bu kimi süjetlәr bi-
lavasitә әsatirә yox, bahadırlıq nağılına vә ya sehrli nağıla aiddir.
Cәnubi slavyan eposu bir neçә “әjdaha oğlu” bahadır tanıyır:
Alovlu Әjdaha Vuk, Qanadlı Relya, Banoviç Sekula vә başqaları.
Zalım Vuka gәlincә, artıq qeyd etdiyimiz kimi, görünür, bu, qә-
dim motivdir vә tarixi şәxsiyyәt obrazına uyğunlaşdırılmış baha-

97
   92   93   94   95   96   97   98   99   100   101   102