Page 96 - jirmunski
P. 96
tor Jirmunski
rakı әjdaha ilә mübarizәsi haqqında süjet “Şahzadә Milisa vә
Yastrebts әjdahası” (Vuk, II, № 42 vә b.) epik nәğmәdә bir araya
gәtirildiyi knyaz Lazar, Milisa, elәcә dә Yuri Brankoviçin nәvәsi
zalım Vuk kimi tarixi adlardan daha qәdimdir. Biz burada Nikita
Kojemyak haqqında qәdim rus nağılında (süjetin spesifik detalı:
әjdaha ilә vuruşanın adı әjdahanın özündәn öyrәnilir) qeydә alın-
mış әjdaha ilә vuruşma haqqında qәdim bahadırlıq nağılının ol-
duğunu görürük;54 XIV әsr murom әfsanәsindә bu nağıl knyaz
Pavel, onun qardaşı Pyotr vә Fevroniya adlarına uyğunlaşdırıl-
mışdır vә әlbәttә ki, Buslayevin fәrziyyәsinin әksinә olaraq,
Ziqfridin әjdaha ilә vuruşması ilә heç bir bağlılığı yoxdur.55
M.O.Skripil qadınları yoldan çıxaran vәhşi әjdaha haqqında
salnamә qeydlәrindәn, müasir rus vә cәnubi slavyan nağıl vә
mәrasim folklorundan böyük material toplamışdır.56 M.O.Skripil
güman edir ki, “qәdim Rusiyanın vә Cәnub slavyanlarının eposu
bütün bu әsәrlәr silsilәsinin yarandığı (ehtiyatla desәk: inkişaf
etdiyi)”57 poetik xalq mühitidir. Ola bilәr ki, vәhşi әjdaha ilә
mübarizә haqqında qәdim nağıl süjeti Alyoşa vә Tuqarin haqqın-
da dastanda әks olunmuşdur. Әjdaha Tuqarin (Qilferdinq, II, №
99), Tuqarin Әjdaha oğlu (Kirşa Danilov, № 20) sonradan tarixi
qıpçaq xanı Tuqorkanla eynilәşdirilә bilәrdi,58 sonralar isә bu ob-
raza rus eposu üçün sәciyyәvi olan milli düşmәnin, zalım tatar
xanının tarixi xüsusiyyәtlәri әlavә edilmişdir. Lakin burada da
qәdim nağıl cizgilәri aşkar görünmәkdәdir.59 Burada tarixi per-
sonajlar – çar Lazar, şahzadә Milisa, әjdaha ilә vuruşan zalım
Vuk (vә ya knyaz Pavel Muromski, onun knyaginyası vә ya qar-
daşı knyaz Pyotr) knyaz Vladimir, knyaginya Apraksiya vә Al-
yoşa Popoviçlә birgә eyni süjet funksiyası daşıyırlar. Onlar bu
funksiyanı qәdim bahadırlıq nağılı qәhrәmanlarından әxz etmiş-
lәr. Lakin burada әjdahaya qalib gәlәn qәhrәman haqqında digәr
nağıl tiplәrindәn fәrqli olaraq, әjdahadan qәhrәmanın adının so-
ruşulması motivi yoxdur.60
Eposda bu kimi nağıl motivlәri poetik idealizasiya vasitәsi
kimi çıxış edir. Markın qılıncı Ziqfridin qılıncı kimi zindanı da
kәsir, Rolandın qılıncı kimi bәrk daşı da doğrayır;61 demәli, o
ideal, әn yaxşı qılıncdır. Bu motivin izahı üçün Rolandın vә ya
96