Page 101 - jirmunski
P. 101
Xalq qəhrəmanlıq eposu

…gәnc sәrgәrdan qarınqulu,
Avara doğdu, madyan altında bәslәdi.76

Motivin “paleontologiyası” baxımından dişi heyvanın әmiz-
dirdiyi uşaq haqqında hekayәt insanı dişi heyvanın doğması haq-
qında totemist әfsanәnin yumşaldılması nәticәsindә әrsәyә gәl-
mişdir: belәcә, Romul vә Remi dişi canavar, fars şahı Kiri dişi it,
Manasın oğlu Semeteyi arxar (dağ keçisi) vә s. bәslәmişlәr. Pro-
fessor K.A.Siraxulidzenin bildirdiyi kimi, gürcü әfsanәsindә
“müqәddәs qız”, çar arvadı Tamara Günәşdәn oğul doğur; yeni
doğulmuş uşağı meşәyә aparırlar, orada maral onu әmizdirir: ona
görә dә Baqration sülalәsindәn, Tamaranın nәslindәn olan gürcü
çarları maral әti yemirdilәr (totemist qadağanın adi formasıdır).77
Miloş kimi, Qoroğlunu da özbәk eposunda madyan әmizdirir; o
vә onun bu madyandan doğulan bahadır atı Qırat “süd qardaşla-
rı”dır. Lakin ola bilәr ki, Miloş haqqında hekayәt onun Kobiliç
adının mәnasının sonradan dәyişdirilmәsinә әsaslanmışdır. XVI-
II әsrә qәdәrki erkәn mәnbәlәrdә rast gәlinәn bu ad forması,
şübhәsiz ki, ilkindir, amma onun sonrakı adı Obiliç özünәmәx-
sus evfemizmdir.78

Feodalizm dövründә epik qәhrәmanın sehrli doğuluşu haq-
qında qәdim motivlәrin әvәzinә müasir tәsәvvürlәrә әsaslanan,
ancaq onun doğuluşu ilә bağlı hadisәlәrin müstәsna xarakterini
qoruyub saxlayan yeni aşiqanә-qәhrәmanlıq formasında başqa
motiv irәli sürüldü (bax: sәh.13). Cәnubi slavyan eposunda bu
tipli orta әsr süjeti Marko Kraleviçin anadan olması ilә әlaqәlәn-
dirilmişdir. Ümumi etirafa görә, serb eposunun bәdii söz incisi
sayılan Vuka Karaciçin klassik versiyası (“Kral Vukaşinin evlәn-
mәsi”, II, № 24), yәqin ki, bu süjetin әn sonrakı formasıdır. Onun
tarixi özәyi Bizansda daxili çәkişmәlәr zamanı özünә paytaxtı
Egey dәnizinin sahilindәki Periteoriya olan (eposda – Herseqo-
vinada Durmitor dağı ilә üzbәüz Pirlitor şәhәri) müstәqil әyalәt
qurmağa müәssәr olmuş makedoniyalı feodal, “voyevoda” Mom-
çilin ölümü haqqında hekayәt hesab olunur. Bu şәhәrin divarları

101
   96   97   98   99   100   101   102   103   104   105   106