Page 105 - jirmunski
P. 105
Xalq qəhrəmanlıq eposu

adada öz atı ilә gizlәnib, haçansa qayıdacaq. Onun qayıdacağı
günü isә türk әsarәtindәn qurtulmaq ümidәlәri ilә bağlayırdılar.85

Belә messianist әfsanәlәrә müxtәlif zamanlarda yadellilәrin
әsarәti altında yaşayan bir çox xalqların şifahi yaradıcılığında
rast gәlmәk olar.

Orta әsrlәr Britaniyasında kelt xalqlarının kral Artur haqqın-
da әfsanәsi (pәrilәr onu “xoşbәxtlәr adası” Avalona aparır, o,
orada sehrli yuxuya gedib xalqına qovuşacağı, azad olacağı za-
manı gözlәyir) bunun mәşhur vә oxşar nümunәsidir. Bununla
bağlı A.N.Veselovski Kifqeyzerdә dağ mağarasında gizlәnәn im-
perator Fridrix haqqında (onun yuxudan oyanması ilә Almaniya-
nın qәdim әzәmәtinin özünә qaytarılacağı ümidlәri) alman әfsa-
nәsinin, Böyük Karl haqqında әfsanәlәrin, “öz cәngavәrlәri ilә
Blanika dağında vә ya Praqa yaxınlığındakı Ağ dağda, yaxud
Vışkober dağında, nәhayәt, Melnik yaxınlığında” qәrarlaşan çex
müqәddәs kralı Vyaçeslavın adlarını çәkir.86 Sloveniyada bu әf-
sanә xeyirxah xalq hökmdarı kimi tanınan kral Matvyajın (macar
kralı Matvey Korvin 1472-ci ildә vәfat etmişdir) adı ilә bağlıdır;
Fridrix Barbarossa kimi o da dağ mağarasında yatır, onun qayıt-
ması ilә, xüsusilә Sloveniya kәndlilәri qızıl әsrә yetişәcәklәr.87
Professor K.A.Sixarulidzenin qeyd etdiyi kimi, gürcü әfsanәsin-
dә çariça Tamara ölmәyib, o, qızıl tabutda yuxuya dalıb; vaxt gә-
lәcәk, o, “öz xalqına gәrәk olduğu zaman” ayılacaq.88 Tipoloji
oxşar hadisәnin tamamilә fәrqli coğrafi vә mәdәni әrazidә dә
mövcud olması maraq doğurur: xalq rәvayәtinә әsasәn, Manasın
oğlu Semetey vә qırğız eposunun digәr qәhrәmanları ölmәyiblәr,
onlar insanlardan gizlәniblәr, haradasa uzaq Hindistanda, Aral
adasında vә ya Qara Çunqur dağ mağarasında yaşayırlar vә qәh-
rәmanın döyüş atı, ağ şunqarı vә sadiq iti dә özü kimi ölmәzdir.

Daha bir maraqlı oxşarlığı qeyd edәk. Mark Kraleviç haqqın-
da belә bir hekayәt mövcuddur ki, o, odlu silahdan qorxduğuna
görә mağarada gizlәnir. Öz ovcunu güllә ilә deşәn Marko guya
belә deyib: “Әn alçaq yaramaz әn yaxşı yunakı öldürә bilirsә, ar-
tıq bahadırlıq kömәk etmәz”.89 Azәrbaycan xalq әfsanәsi dә öz
qәhrәmanı Koroğlu haqqında oxşar hadisәni nәql edir. Qoca
vaxtında o, bir kәndli ilә rastlaşır. Kәndli tüfәngi göstәrib ondan

105
   100   101   102   103   104   105   106   107   108   109   110