Page 108 - jirmunski
P. 108
tor Jirmunski

eyni dәrәcәdә qәdim mәnşәyә malikdir, çünki elçilik yalnız qә-
bilә quruluşunun tәnәzzülü dövründә qәhrәmanlaşdırılmışdır,
hәrçәnd ki, “dövlәt ideologiyası” guya “belә qәhrәmanlaşdırma-
nı qәbul etmir”.96 V.Y.Propp iddia edir ki, “mövcud dövlәt quru-
luşunda epos qәhrәmanı qәbilә maraqları daxilindә yox, dövlәt
maraqları naminә hünәr göstәrmәli idi. Bu isә o demәkdir ki, qız
almaq uğrunda mübarizәdә xalq artıq heç bir qәhrәmanlıq görmür.
Nikah vә qәhrәmanın evlәnmәsi artıq tәrәnnüm predmeti ola bil-
mәz”.97 Cәnubi slavyan eposunun bütöv inkişaf yolu bu müddәa
ilә ziddiyyәt tәşkil edir. Bildiyimiz kimi, elçilik süjeti qәhrәman-
lıq vә milli xarakterinә baxmayaraq, әn qәdim dövrlәrdәn bu ya-
na (Kosovo döyüşü haqqında nәğmәlәr dә daxil olmaqla) burada
әhәmiyyәtli yer tutmuşdur. Çadviklәr cәnubi slavyan eposunun
milli qәhrәmanı Marko Kraleviçin müxtәlif qızların nişanlısı ki-
mi çıxış etmәsini әks etdirәn “yarım düjün süjet” sadalayırlar,
“orta әsr”, hayduklar vә uskoklar dövrünün nәğmәlәrindә isә bu
süjetlәrin sayı azalmır, әksinә, çoxalır; Vuk Karaciçin әsәrlәrinin
III cildindә bunların sayı on beşә çatır. Bunlardan bir neçәsi qә-
dim süjetlәri tәkrarlayır, digәrlәri isә daha individualdır vә hәtta,
ola bilәr ki, gerçәk hadisәlәri әks etdirir. Әlbәttә, elçilik süjetlәri
ilә bağlı bu özünәmәxsus әdәbi dәbdә yaxın keçmişdә hәlә dә
patriarxal qәbilә vә ailә münasibәtlәrinin çox mühüm rol oynadı-
ğı cәnubi slavyan xalqlarının ictimai quruluşunun bir sıra xüsu-
siyyәtlәri dә әks olunmuşdur. Ancaq rus dastanlarında da arxaik
mövzularla yanaşı (Mixaylo Potık vә quş-qız, Dunay vә qoçaq
bahadır Nastasya Koroleviçna vә b.), elçilik süjetinin qәdim ba-
hadırlıq nağılı tәrzindә yox, feodal dövrünә xas olan yeni üslub-
da (xarici qonaqların elçiliyi vә s.) işlәnmәsini әks etdirәn vә XII
әsrin ortalarından etibarәn alman şpilmanları eposunda da geniş
yayılmış “Solovey Budimiroviç” kimi dastan tiplәri dә mövcud-
dur.99

Bununla belә, bu, öz-özlüyündә aydındır: şәxsi (ailә), cә-
miyyәtin әn vacib özәyi olan evlilik vә ailәnin әsası kimi elçilik
mövzusu heç dә milli-dövlәt (vәtәnin qәsbkar düşmәnlәrdәn
müdafiәsi) mövzusu ilә ziddiyyәt tәşkil etmir, әksinә, real hәyat-
da oluğu kimi, onunla çulğaşır vә eposda epik qәhrәmanlaşdırıl-

108
   103   104   105   106   107   108   109   110   111   112   113