Page 111 - jirmunski
P. 111
Xalq qəhrəmanlıq eposu
da baş tutan bu üç yarış motivini bahadırlıq nağılından
götürmüşdür.109Ancaq bu eposun oğuz versiyası olan “Bamsı-
Beyrәk haqqında hekayәt” (XV–XVI әsrlәr) bu әfsanәnin digәr
variantını saxlamışdır: bu üç yarış adaxlı vә nişanlı – bahadır qız
arasında baş verir.110 Ayrı-ayrı nağıllarda hәmin yarışın bu vә ya
digәr növü olmaya, yaxud oyunlarının başqa formaları ilә әvәz
oluna bilәr (daşatma, qaçdı-tutdu, tullanmalar vә s.). “Alpamış
vә Barsın-Xıllu” başqırd nağılında әnәnәvi üç yarışı ağır daşın
uzağa atılması vә adaxlı oğlanla qızın әlbәyaxa mübarizәsi әvәz
edir.111
Bahadır elçiliyindә qәhrәmanın kömәkçisi rolunda, qәdim
adәtlәrә uyğun olaraq, çox vaxt elçi (sağdış), onun qohumu vә ya
qardaşlığı – ilkin olaraq qәbilә kollektivinin nümayәndәsi kimi
anlaşılan adam çıxış edir. Bәzi nağıl vә epik dastanlarda elçilik
zamanı o, tamamilә vә ya qismәn adaxlını әvәz edә bilir. Mәsә-
lәn, “Alpamış”ın özbәk variantında qәhrәmanın dostu vә qardaş-
lığı, kalmık bahadırı Qaracan bayqa zamanı atçapmada adaxlını
әvәz edir. Belә әvәzetmә qeyri-adi qarşılanmır, çünki Orta Asiya
köçәri xalqlarının adәtlәrinә görә, bayqa – bir at yarışmasıdır vә
burada at sahibinin iştirakı vacib sayılmır: misal olaraq, Alpamış
öz bahadır atı Bayçibarı Qaracana verir vә o, bu atla rәqiblәrin
atını ötür.112 Ancaq Qaracan Alpamışı sonuncu yarışda – gülәş-
mәdә dә әvәz edir: o, növbә ilә bütün rәqib bahadırları mәğlub
edir (yalnız sonuncudan, әn güclüsündәn başqa) vә bu sonuncu-
ya qarşı Alpamışın özü döyüşür.
Cәnubi slavyan xalqlarının eposunda nikah yarışları motivi-
nin vә yarışlarda qәhrәmanı әvәz edәn elçi obrazının yer aldığı
bahadır elçiliyi süjeti müxtәlif tarixi vә әfsanәvi adlarla bağlı bir
sıra epik nәğmәlәrdә tәmsil olunmuşdur.
Serb çarı Stefan Duşan (Vuk, II, № 28), Yuri Smederevets,
yәni tarixi Yuri Brankoviç (Vuk, II, № 78), Budim (yәni macar)
kralı (Boqişiç, № 26), İvo Çarnoyeviç (Nikoliç, № 42), xorvat
nәğmәsindә Yankoviç Stoyan (Mazuraniç, sәh.43–53), Bosniya
müsәlmanları nәğmәlәrindә Hәsәn ağa (Hörmann, I, № XIII),
bolqarlarda kral Şişman (Miladinovlar, № 57), kral Markın oğlu
111