Page 107 - jirmunski
P. 107
Xalq qəhrəmanlıq eposu

da isә bunlar başqa şәklә düşür, yeni mәzmunla dolğunlaşır vә
ya yeni formalarla birgә mövcud olur. Mәsәlәn, kral Hagenin qı-
zı Hildanın Xyarrandanın oğlu Xedin tәrәfindәn qaçırılması haq-
qında Şimal dәnizi hövzәsindә yaranmış qәdim epik süjet Snor-
rinin “Edda” adlı nәsr nümunәsindә, qızqaçırma motivinin arxaik
formasında saxlanmışdır. Bunun әsasında qısa epik nәğmә du-
rur; “Kudruna” adlı alman poemasında (XIII әsrin әvvәli) qızqa-
çırma motivi geniş qәhrәmanlıq epopeyası çәrçivәsindә işlәn-
mişdir, burada da XII-XIII әsr alman şpilman eposu ruhunda,
çoxsaylı sәfarәt-elçilik haqqında epik poemalarda olduğu kimi,
adaxlının tacir libası geymiş drujinası iştirak edir.91 “Alpamış”ın
oğuz variantı olan “Bamsı Beyrәk”dә qәhrәman valideynlәrinin
qәrarı ilә göbәkkәsmә ilә nişanlanır, buna baxmayaraq, qız ba-
hadır olduğu üçün nişanlısına nikah yarışmasında ona qalib gәl-
mәklә qovuşa bilir; o, yalnız bundan sonra qıza elçi göndәrmәyi
xahiş edir vә atası, müsәlman adәt-әnәnәsinә uyğun olaraq, qıza
görә külli miqdarda başlıq ödәyir.92

Geniş müqayisәli-tarixi perspektivdә elçilik haqqında epik
dastanların tarixi-tipoloji tәsviri vә tәdqiqi slavyan eposu üçün
dә çox vacib mәsәlәdir. Bu, hәm dә tәkcә toy mәrasim nәğmәlә-
ri ilә bağlı deyil. Burada vaxtilә A.M.Lobodanın93 cәhd etdiyi ki-
mi, müxtәlif xalqlarda fәrqli olan evlilik adәt-әnәnәlәri vә icti-
mai-ailә münasibәtlәri haqqında müqayisәli-etnoqrafik materia-
lın öyrәnilmәsi vacibdir. Elçilik haqqında epik süjetlәrin öyrәnil-
mәsi mәsәlәsi müqayisәli-morfoloji sәpkidә slavyan, german vә
Şәrq materialları әsasında germanist Teodor Frinqslә slavist Maks
Braunun birgә işindә qoyulmuşdur.94 Ancaq bu mövzu haqqında
Fridmar Qeyslerin yeni kitabı, “Dünya әdәbiyyatında elçilik”95
әsәri mәyusluq doğurur; kitab o eyni müstәvidә aparılan sinxron
müqayisәlәrlә mәhdudlaşdırılmış sadә motivlәr kataloqundan
ibarәtdir. Bu, inkişaf elementlәrinin (nağıl, epos, cәngavәrlik ro-
manı) vә müxtәlif keyfiyyәtli materialların nәzәrә alınmaması
ilә Çadviklәrin kitabını da geridә qoyur.

Aşağıda biz eposu sehrli vә bahadırlıq nağılı ilә bağlayan el-
çilik haqqında dastanların daha qәdim tiplәrinin tәhlili üzәrindә
dayanacağıq. Ancaq belә düşünmәmәliyik ki, bütün bu dastanlar

107
   102   103   104   105   106   107   108   109   110   111   112