Page 104 - jirmunski
P. 104
tor Jirmunski

dә öz ölümünü hiss edib döyüş qılıncı Eskaliburu gölә atmağı
әmr edir. Kral Artur bu qılıncı haçansa elә hәmin göldәn çıxar-
mışdı (“Arturun ölümü”).82

Mifdә vә bahadırlıq nağılının arxaik formalarında qәhrәma-
nın fiziki ölmәzliyini qorumaq kimi başqa bir tendensiya da
mövcuddur. Xalq yaradıcılığının nikbin xarakterinә uyğun olan
bu süjet geniş yayılmışdır: öz xain qohumları vә ya çox vaxt xain
arvadının vә ya xәyanәtkar bacısının iştirakı ilә düşmәnlәr tәrә-
findәn öldürülәn bahadır sonradan ya ona dirilik suyu (yaxud şә-
faverici dәrman) gәtirәn sehrli atının, yaxud sehrli nağılda oldu-
ğu kimi, qәdirbilәn heyvanın, yaxud da sonradan nişanlısı – “sә-
ma qızı” vә ya sadiq arvadının, yaxud bacısının (“Altay-Buçay”
vә “Koqutey” altay bahadırlıq nağılları, “Alamji-merqen” buryat
nağılı, bir çox yakut olonxoları vә s.) kömәyi ilә dirilir. Bu süjet
türk xalqlarının qәhrәmanlıq eposunda da (qırğız epopeyası “Ma-
nas”da Kezkamanların sui-qәsd epizodu (bax: sәh. 290)83 yer al-
mışdır.

Qәhrәmanın sehrli mәğlubedilmәzliyi motivi bahadırlıq na-
ğılının vә qәdim eposun bu ümumi tendensiyasına uyğundur. Bu
motiv sonradan daha rasional şәkildә motivasiya edilir – qәhrә-
manın zirehli geyimi ilә izah olunur. Bolqar nәğmәsindә Miloş
haqqında da buna bәnzәr şeylәr söylәnilir: Kosovo döyüşündә
türklәr yalnız zirehi çıxardıqdan sonra onu öldürmәyә müvәffәq
olurlar.84

İlya Muromets haqqında rus bılinalarının “onun alnına döyüşdә
ölmәk yazılmayıb” formulu hәmin tәsәvvürün uzaq әks-sәdası-
dır. Nağıl yaşlarına çatmış (yüz altmış vә ya üç yüz il) Marko
Kraleviç dә “nә yunakın әlindәn, nә iti qılıncdan, nә әmuddan,
nә döyüş atının zәrbәsindәn ölüm tapır”, yalnız “Tanrı, köhnә qi-
sasçı” (“krvnik”) (Vuk, II, № 73, sütun 37–42) onu ölümә qovuş-
durur.

Mәlumdur ki, Kral Vukaşinin oğlu tarixi Marko 10 oktyabr
1394-cü ildә Rovina döyüşündә (Vlaş torpağı) türklәrin müttәfi-
qi kimi hәlak olmuşdur. Ancaq xalq arasında, xüsusilә dә Make-
doniya vә Bolqarıstanda belә bir rәvayәt geniş yayılmışdı ki,
Marko Kraleviç ölmәyib, o, dağ mağarasında vә ya hansısa bir

104
   99   100   101   102   103   104   105   106   107   108   109