Page 103 - jirmunski
P. 103
Xalq qəhrəmanlıq eposu

dastanın Marka (Vukaşinin oğlu olaraq) bağlılığı kifayәt qәdәr
zahiri xarakter daşıyır. Sözsüz, o, Vukaşinin mәşuqәsi, voyevoda
Momçilaya xәyanәt etmiş Vidosavadan deyil, Momçilanın sәda-
qәtli bacısı Yevfrosinyadandır. Onu ölümqabağı Momçilanın
özü öz rәqibinә vә qatilinә evlәnmәk üçün tәklif etmişdi.

6
Qәhrәmanlıq eposunda qәhrәmanın ölümü real tarixi hadisә-
ni tipik formada ümumilәşdirәn epik süjetin ayrılmaz hissәsi ola
bilәr: patriarxal-qәbilә münasibәtlәrinin dağılması şәraitindә, qo-
humlar arasında çәkişmә zamanı qәhrәman faciәvi şәkildә mәhv
olur (Nibelunqlar haqqında dastanda Ziqfridin öldürülmәsi, Qun-
terin vә onun qardaşlarının ölümü). Sonrakı feodal-qәbilә çәkiş-
mәlәri zamanı da belә olur (qazax-noqay eposunda bahadır Ura-
kın öz qardaşı İsmayıl tәrәfindәn öldürülmәsi); xalq tәfәkkü-
rünün artıq formalaşdığı dövrlәrdә isә o, düşmәn qoşunu ilә
müharibәdә, vәtәnin layiqli müdafiәçisi kimi ölür (qәdim fransız
eposunda Roland vә ya gәnc Vivyen, cәnubi slavyan nәğmәlә-
rindә Miloş Kobiliç vә digәr Kosovo yunakları).
“Doğma Fransa”ya hücum etmiş sarasin qoşununu mәhv
edәn Roland qәhrәmancasına hәlak olur. Ölümdәn qabaq o,
düşmәnin әlinә keçmәsin deyә öz qılıncını daşa vurub sındırmaq
istәyir, lakin qılınc sınmır, әksinә, daş parça-parça olur. Roland
yüksәklikdәki şam ağacının altında, üzü düşmәnә tәrәf uzanır –
qoy elә zәnn etmәsinlәr ki, o, düşmәnin qarşısından qaçırmış.
Marko Kraleviç isә döyüşdә hәlak olmur, lap qoca vaxtında vә-
fat edir (ona döyüşdә ölmәk qismәt deyilmiş). O, atının başını
vurur ki, düşmәn әlinә keçmәsin, nizәsini parçalayıb sındırır,
әmudunu isә dәnizә (vә ya Dunaya) atır, bir dağ başında küknar
ağacının altındakı çeşmәnin başında uzanır vә әbәdi yuxuya ge-
dir (Vuk, II, № 73, “Mark Kraleviçin ölümü” vә b.). Xalanskinin
düşündüyü kimi, bu sәhnәnin “Roland haqqında nәğmә”dәn alın-
ma olduğunu düşünmәyә ehtiyac yoxdur.81 Tipoloji oxşarlığın
bәzi xüsusiyyәtlәri analoji şәrait vә qәhrәmanlıq pafosu ilә şәrt-
lәnir. Kral Artur haqqında da söylәnirdi ki, o, son döyüş әrәfәsin-

103
   98   99   100   101   102   103   104   105   106   107   108