Page 109 - jirmunski
P. 109
Xalq qəhrəmanlıq eposu

manın predmetinә çevrilir. Bu mәnada “Kosovalı qız” (Vuk, II. 50)
adlı möhtәşәm serb nәğmәsini misal gәtirmәk olar; burada da
adsız qәhrәman, xalq arasından çıxmış sadә bir qız qanlı Kosovo
çölündә vәtәn uğrunda ölmüş yunakların arasında özünün nişan-
lısını axtarır.

Qәhrәmanlaşdırılan evlilik sәfәrlәrinin әn qәdim formaları
patriarxal-qәbilә cәmiyyәtindәki ekzoqam münasibәtlәrlә bağlı-
dır; yad qәbilә-tayfadan qız almaq çox zaman qızqaçırma ilә
müşayiәt olunur (qızın razılığı ilә vә ya onun iradәsinә zidd ola-
raq) ki, bu da nağıl vә eposda qәhrәmanlıq mahiyyәti daşıyaraq
mәrdlik, fiziki güc, gәnc pәhlәvanın tәdbirliliyini әks etdirәn
motivә çevrilir.

Әsatir vә nağılda nikah sәfәrinә çıxan qәhrәman fövqәladә
maneәlәri dәf edir. Nişanlı qız “dünyanın o başında” yaşayır; ona
aparan yol keçilmәz dağlardan, meşәlәrdәn vә su sәdlәrindәn,
sehrli vә tilsimli maneәlәrdәn keçir; qәhrәman qızın sehrli sәltә-
nәtini qoruyan sehrli qüvvәlәrlә vuruşur. Bu tip bahadırlıq nağıl-
larında, mәsәlәn, Sibir vә Mәrkәzi Asiyanın türk vә monqol
xalqlarında geniş yayılmış, çox vaxt qәdim mifoloji fon özünü
büruzә verir.

Digәr nağıllarda qәhrәman gәlәcәk qayınatası vә ya elә ni-
şanlı qızın özü tәrәfindәn, onun könlünü ovlamağa çalışanlara
verilәn çәtin tapşırıqları yerinә yetirmәli, tapmaca yarışmasında
öz mәharәtini göstәrmәli vә ya öz nişanlısını onun gözәl rәfiqә-
lәri sırasından tapmalıdır. Tapmacalarla yarışma vә nişanlı qızın
gizlәnmәsi bir çox xalqların nikah adәtlәrindәn yaxşı mәlum-
dur.100

Ancaq barbar cәmiyyәtinin inkişafının әn yüksәk mәrhәlә-
sindә, hәrbi maraqların üstünlük tәşkil etdiyi “hәrbi demokrati-
ya” dövründә nikah sәfәri süjeti, әsasәn qәhrәmanlıq xarakteri
alır vә bununla bağlı olaraq әsatirdә, nağılda vә eposda nişanlılar
arasında vә ya nişanlı oğlanın qızın himayәdarları kimi atası vә
ya qardaşı ilә, yaxud elә nişanlı qızın özü ilә, bahadır qızla döyüş
yarışmaları geniş yayılır.101

Belә elçilik yarışması misalları әn müxtәlif xalqların bahadır
elçiliyi haqqında dastanlardan mәlumdur. Bәzi etnoqrafların fik-

109
   104   105   106   107   108   109   110   111   112   113   114