Page 113 - jirmunski
P. 113
Xalq qəhrəmanlıq eposu

Xalanski hәmin nәğmәlәr qrupunda german “Nibelunqlar
haqqında nәğmә” eposunun tәsirini görmәk istәyirdi. Bildiyimiz
kimi, bu eposda Ziqfrid elçi kimi hiylә işlәdәrәk (gözәgörünmәz
papaqda) qıza nikah yarışlarında (nizәatma, ağır daşın atılması
vә uzaq mәsafәyә tullanma) qalib gәlir vә bahadır qız Brünhilda-
nı qardaşlığı Qunterә alır.114 Şübhәsiz, mövzu eyni olsa da (nikah
sәfәri), onların işlәnmәsindә hәr hansı oxşarlıqdan söhbәt gedә
bilmәz. Burada yalnız bir istisnanı nәzәrә almalıyıq: biz hәm al-
man, hәm dә cәnubi slavyan eposundakı elçilik vә bahadır yarış-
larında kömәkçinin olduğunu görürük ki, bu da, gördüyümüz ki-
mi, bahadırlıq nağılının qәdim motivi kimi әn müxtәlif xalqların
şifahi yaradıcılığında özünә yer almışdır. “Nibelunqlar”dan fәrqli
olaraq, cәnubi slavyan eposunda aldadılma yoxdur vә elçi adax-
lının kömәkçisi kimi öz qanuni rolunda çıxış edir; burada alman
dastanının spesifik xüsusiyyәtini tәmsil edәn bahadır qız obrazı
da yoxdur vә elçilik zamanı döyüş yarışları kömәkçilәrlә yadelli
kralın bahadırları arasında baş verir; cәnubi slavyan nәğmәlәrin-
dә süjet fәrqlәrinin ümumi xüsusiyyәti kimi, bu yarışlar qızın
aparılmasına saxta razılıqdan vә qızın atasının adaxlını әn etibarlı
silahdaşlarından ayırmağa uğursuz cәhdindәn sonra baş verir.

Xalanskinin apardığı müqayisәlәrә әsaslanan Simonoviçin
qeyd etdiyi kimi, bu әlavә özәllik oxşarlığı heç dә artırmır:115
“Nibelunqlar”dakı qonaqlar, serb nәğmәsi “Yuri Smedereviçin
evlәnmәsi”ndә olduğu kimi, öz silahlarını sahiblәrinә vermәk-
dәn imtina edirlәr, çünki onlara etibar etmirlәr (Vuk, II, № 78,
sәh.152–163, 173–181): savaş dövründә bu tәdbirlilik çox tәbii-
dir. Mәsәlәn, “Edda”da qürbәtdә olan döyüşçüyә verilәn mәslә-
hәtә diqqәt yetirәk (“Vısotskinin kәlamları”, 38-ci beyt):

Yola çıxan zaman öz silahını
Özündәn bir addım aralı qoyma;
Heç vaxt bilmәk olmaz, hansı mәqamda
Nizәyә ehtiyac yarana bilәr…

113
   108   109   110   111   112   113   114   115   116   117   118