Page 115 - jirmunski
P. 115
Xalq qəhrəmanlıq eposu
nın әvvәlcә bәrabәrhüquqlu, sonralar isә epizodik olaraq öz qo-
humlarının vә qәbilә yoldaşlarının döyüş tәşәbbüslәrindә iştira-
kına çevrilir ki, bu da “döyüşçü qız” epik obrazının meydana
çıxması üçün mәişәt zәmini rolunu oynaya bilәrdi.118 Belә vәziy-
yәt istisna hallarda sonrakı dövrlәrdә dә ola bilәrdi. Demәli,
“hayduk-qız” obrazı orta vә yeni dövrün cәnubi slavyan poezi-
yasının sevimli tipini tәşkil edir vә cәnubi slavyanların türk
hökmranlığına qarşı mübarizәsi dövrünün real ictimai münasi-
bәtlәrini әks etdirir. Serb vә bolqar nәğmәlәrindә bu dövrün mәi-
şәt münasibәtlәrini әks etdirәn bir sıra tarixi faktlar toplamış
İ.Sozonoviç yazır: “Qorxulu düşmәnlә әsrlәrlә davam edәn müba-
rizә zәruri olaraq cәnubi slavyan qadınında qeyri-adi dözüm, qә-
tiyyәt vә cәsarәt tәrbiyә edirdi”.119
Belәliklә, oxşar ictimai-mәişәt şәrtlәri burada da, hәtta bir-
başa mәdәni tәmasın vә qarşılıqlı әdәbi tәsirlәrin olmadığı halda
belә, oxşar süjetlәr doğurur. Bu müddәanı elә bu süjet qrupundan
olan nümunәlәrlә izah etmәk olar. Demәli, Dunayın elçiliyinә
(Kirşa Danilov, № 11; Qilferdinq, II, № 81 vә b.) adәtәn onunla
öz arvadı Nastasya arasında mәşum oxatma yarışması ilә bağlı
hekayәt dә әlavә olunur. Dunay açıq döyüşdә cәsur pәhlәvan
Nastasyaya qalib gәlir vә qız onun arvadı olur. O, knyaz Vladi-
mir vә onun drujinasının yanında özünün oxatma qabiliyyәtiylә
öyünür, amma arvadı әrindәn daha bacarıqlı çıxır: yarış vaxtı әri-
nin başı üstündә saxladığı halqanın düz ortasından vurur, әrinin
hәdәfdәn kәnara atdığı ox isә qadının “ağ sinәsinә” dәyir vә onu
öldürür (bunun tәsadüfәn, yoxsa qәsdәn edildiyi qaranlıq qalır).
Analoji süjeti biz “Kitabi-Dәdә Qorqud” oğuz epik silsilә-
sindә Qanturalının elçiliyi mәrasimindә dә görürük.120 Trabzon
tәkürünün Selcan xatun adlı gözәl bahadır qızı var, o, oxatmada
mәharәti ilә mәşhurdur. Onun atası qızı ilә nişanlanmaq istәyәn
adaxlıların qarşısında şәrt qoyur: onlar üç sınaqdan keçmәli –
qızmış şirә, qara öküzә vә qara dәvәyә qalib gәlmәlidirlәr. Mәğ-
lub olanların boynu vurulur: bu minvalla artıq otuz iki insanın
başı qala bürclәrindәn asılmış olur. Qanturalı qorxunc heyvanla-
ra qalib gәlir vә qızı özü ilә aparır. Ata onların arxasınca qoşun
115