Page 118 - jirmunski
P. 118
tor Jirmunski

arasındakı döyüş süjetinin ümumi şәrhinә uyğun olaraq modern-
lәşdirmәyә mәruz qalmışdır (İlya zor işlәdir, Sokolnik qeyri-qa-
nuni oğuldur, ata-anasından bu biabırçılığın qisasını alan “bic”-
dir).128 Sokolnikin anası, cәsur bahadır, oğluna İlya ilә necә
görüşdüyü haqqında danışır (Qilferdinq, III, № 226, s. 315-318):

Açıq çölә gәzmәyә çıxanda mәn,
Tәkbәtәk döyüşә çıxdım onunla,
O, mәnә qalib gәlib günah etdi ordaca,
Ondan da, mәnim balam, sәn doğuldun.

Nadir hallarda nişanlı qızla adaxlı arasında tәkbәtәk nikah
döyüşü әlavә motivlә – nişanlı qızın gәrdәkdә müqavimәti ilә
mürәkkәblәşdirilir. Ola bilsin ki, qırğız eposunda nişanlısı Kanı-
keydәn toy gecәsi xәncәr zәrbәsi alan Manasın evlәnmәsi haq-
qında hekayәt bu motivlә bağlıdır.129 Burada da detallarda süjetin
işlәnmә sәviyyәsindәn irәli gәlәn mühüm oxşarlıqların olması
mümkündür: Brünhilda (“Nibelunqlar haqqında nәğmә”dә vә
“Tidrek haqqında saqa”da) öz zәif әri Qunterә müqavimәt göstә-
rir, İran eposu “Banu Quşaspnamә”dә Rüstәmin qızı Banu Qu-
şaspın etdiyi kimi, onun әl-qolunu kәmәrlә bağlayır.130 “Nibe-
lunqlar haqqında nәğmә”dә vә “Tidrek haqqında saqa”da döyüşkәn
qızı Ziqfrid (Siqurd) ram edir, “Quşaspnamә”dә isә әrin kömәk-
çi rolunda gözәl qızın atası Rüstәm pәhlәvandır. Şübhәsiz, “Ni-
belunqlar” bu süjetin daha arxaik formasını әks etdirir.131 Süjetә
әsasәn, qәdim adәtlәrә uyğun olaraq, adaxlını gәrdәkdә elçi
(dost-qardaşlıq) әvәzlәyir; öz qәbilәsinin tәmsilçisi kimi onun öz
qәbilәdaşının qadını üzәrindә böyük hüquqları var. Hәr iki halda
döyüşkәn qız qәhrәmanın arvadı olduqdan sonra öz bahadır
gücünü itirib adi qadına çevrilir. “Tidrek haqqında saqa”da bu
mәqam xüsusi qeyd olunub: Siqurd Brünhilda haqqında deyir:
“Nә qәdәr ki, o, qızdır, ondan güclü kişi çәtin tapılar, o, qadın ol-
duqdan sonra isә bütün qadınlar kimi olacaq”.132 Belәliklә, ger-
man eposunda Ziqfrid-elçi haqqında süjetin әsasında qәdim toy
adәt, mәrasim vә tәsәvvürlәri dayanır: qәdim dövrlәrdә normal,

118
   113   114   115   116   117   118   119   120   121   122   123