Page 122 - jirmunski
P. 122
tor Jirmunski
Ey, sәn, sәn Potık, İvanoviç oğlu!
Sәn yat, sәn Potık, mәnim ağ alaçığımda.
Mәn Maryuşka ilә sәnin ağ çadırında yataram,
Sәn onunla yatsan, axırına çıxar.
Dobrınya, nağıldakı kimi, inadkar qızı “dәmir, mis, qalay”
millәrlә ram edir.146
Rus nağıllarına әvvәlcәdәn mәlum olan belә qohum tipli na-
ğılların üzә çıxarılması onların yayılma arealını xeyli genişlәndi-
rir (Norveçdәn başqa, Lilieblada, xüsusilә İrlandiya, nadir hal-
larda Danimarka, İsveç, Finlandiya, Almaniya, İngiltәrә).147 Qeyd
etmәk lazımdır ki, Lyovis of Menarın toplusunda bütün nağıllar
heç dә rus nağılları deyil: tәk-tәk Ukraynada (Podoliya), Estoni-
ya vә Latviyada, Qafqazda (Minqreliyada) qeydә alınmış nağıl-
lar, rus kәndlәrindәn tәsadüfәn әldә edilmiş nümunәlәr kimi nә-
zәrdәn keçirilә bilmәz. Bütün bunlar nağılın prioriteti tәrәfdarla-
rının mövqeyini dәqiqlәşdirmәyә imkan verir: Nibelunqlar haq-
qında dastanın әsasında rus nağılı deyil (bu, tarixi baxımdan az
ehtimal olunur), keçmişdә german xalqlarına da mәlum olan
beynәlxalq nağıl dayanır ki, bunu hәr şeydәn әvvәl elә Nibelunq-
lar haqqında dastanın özü sübut edir. Bir tәrәfdәn rus, digәr tә-
rәfdәn isә Norveç nağılı nә vaxtsa daha geniş yayılmış nağıl
süjetinin qalıqlarıdır (reliktlәridir). Hәm dә müasir rus nağılı öz
demokratik tendensiyaları etibarilә kәndli oğlunu şahzadәnin
kömәkçisi etmişdir. Belәliklә, qәdim bahadırlıq nağılı Ziqfrid-el-
çi haqqında german epik dastanının mәnbәyi kimi bәrpa edilir.
9
Ziqfrid haqqında dastanlar Avropa xalqlarının epik yaradıcı-
lığı tarixindә bahadırlıq nağılının qәhrәmanlıq eposuna transfor-
masiyasının klassik nümunәsi kimi nәzәrdәn keçirilә bilәr. Bu-
nunla belә, bu transformasiya yalnız qismәn baş vermişdi, çünki
Ziqfridin gәncliyi haqqında dastanlar, yәqin ki, onların nağıl ar-
xaikasına görә, Ziqfrid-elçi haqqında dastanlar kimi epik bütövlüyә
qovuşmamışdır. Hoysler haqlı olaraq qeyd edir ki, bütün german
122