Page 125 - jirmunski
P. 125
Xalq qəhrəmanlıq eposu
özbәk eposu XVI әsrin ictimai münasibәtlәrinә (Orta Asiyanın
köçәri özbәk Şeybani xan tәrәfindәn işğalı), Orta Asiya türk
xalqlarının köçәri kalmıkların hәrbi yürüşünә qarşı mübarizәsi-
nin tarixi şәraitinә (Cunqar çöllәrindә “qüdrәtli oyrot hökmranlı-
ğı” dövrü) uyğunlaşdırılmışdır. Oğuzların “Bamsı Beyrәk” nümu-
nәsindә milli-tarixi mühit başqadır: oğuz bahadırları Qafqazın vә
Kiçik Asiyanın (Gürcüstan, Trabzon) xristian xalqlarına qarşı
mübarizә aparır. Qәhrәmanların obrazları vә onlar arasındakı
münasibәtlәr hәm orda, hәm burda qәhrәmanlıq miqyasına uy-
ğunlaşdırılmışdır, “Bamsı Beyrәk”dә isә onlar gözәçarpacaq dә-
rәcәdә feodal mühitinin vә müsәlman ideologiyasının tәsirinә
düşmüşlәr. Ancaq eyni zamanda onlarda epik ideallaşdırma ele-
menti kimi mәnşәcә ayrı-ayrı qәdim nağıl xüsusiyyәtlәri dә
özünü büruzә verir (qәhrәmanın sehrli doğuluşu, özbәk versiya-
sında Alpamışın sehrli mәğlubedilmәzliyi, onun nişanlısı – baha-
dır qız, kalmık-bahadırlarının nağılvari mübaliğә xüsusiyyәtlәri
ilә qorxunc nәhәnglәr obrazı; bu, rus bılinalarındakı qәsbkar ta-
tar bahadırları obrazı üçün dә keçәrlidir vә s.).
Lakin Ziqfrid vә ya Alpamış haqqında dastanlarda olduğu ki-
mi, qәdim bahadırlıq nağılının qәhrәmanlıq eposuna birbaşa
transformasiyası heç dә eposun bütün inkişafı üçün mәcburi yol
deyil. Vaxtilә Vundtun epik janrın inkişafının universal qanunu
kimi israrla üzәrindә dayandığı vә Panserin german eposuna tәt-
biq etdiyi qәhrәmanlıq eposunun süjetlәrinin nağıl mәnşәyi әs-
lindә ümumi xarakter daşımır. Qәdim fransız vә ispan eposu, rus
bılinaları, cәnubi slavyan yunak nәğmәlәri mahiyyәt etibarilә feo-
dal dövrünün әsәrlәridir vә birbaşa öz qәhrәmanlıq xüsusiyyәtlә-
rindә xalqın tarixi taleyini, onun yadelli işğalçılara qarşı mübari-
zәsini әks etdirir. Burada yalnız orta әsr tәfәkkürünün ümumi
çәrçivәsi daxilindә poetik idealizasiyanın vasitәsi kimi işlәnmiş
ayrı-ayrı elementlәr, qәdim bahadırlıq nağılının mövzu vә mo-
tivlәri yer almışdır. Belә elementlәrin olması hәlә heç dә, mәsә-
lәn, Vuka, Karaciçә aid edilәn cәnubi slavyan әnәnәsi ilә bağlı
göstәrildiyi kimi,153 slavyan eposunda lap qәdim “mifoloji” qat-
ların vә ya “mifoloji süjetlәr”in olduğunu görmәyә әsas vermir.
125