Page 127 - jirmunski
P. 127
Xalq qəhrəmanlıq eposu
sonra isә ona polad geyimlәr, qızıl qalpaq vә “üç yüz pud” ağır-
lığında qurğuşundan әmud verilmәsini tәlәb edir (bax: s.15).
Marfa Klükovada klassik nağıl düsturu mövcuddur: “O, günlәrlә
yox, saatlarla böyüyürdü” (№ 39, s.49). Volx yeddi yaşında ya-
zıb-oxumaq, on yaşında heyvan, quş cildinә girmәyi öyrәnir vә s.
(Almambet altı yaşında Avergen gölündәki altmışbaşlı әjdaha-
dan falçılığı öyrәnir). Buna uyğun olaraq, bılinada söylәndiyi ki-
mi, qәhrәmanın sonrakı şücaәtlәri bahadır gücü ilә yox, falçı
“müdrikliyi” – qulyabanılığın kömәyiylә baş verir: drujina ilә
ova çıxma (sehrli ov) vә Hind sәltәnәtinin istilası. Sәfәrin sonlu-
ğu da qeyri-adidir vә qәdim dövrün sonrakı dastanlarda qeydә
alınmamış döyüş adәtlәrini әks etdirir: kişilәr tamamilә mәhv
edilir (“Qoca-cavan – hamısını qırın, sәltәnәtdә bir toxumunu
saxlamayın”), qadınlar vә qızlar isә qaliblәr arasında qәnimәt ki-
mi bölüşdürülür, düşmәn sürülәri (atlar vә iribuynuzlu heyvan-
lar) müsadirә edilir.
Bılinanın bәzәn birinci hissәsiylә birlәşdirilәn ikinci hissәsi
(“Volqa vә Mikula”), әvvәllәr müstәqil idi vә mәzmununa görә,
yәqin ki, daha sonrakı dövrә aiddir. Belә düşünmәk olar ki, Volx
Vseslavyeviç vә Volqa (yәni Oleq) Svyatoslavoviç әvvәllәr
müxtәlif şәxsiyyәtlәr imiş.156
Sehrbaz knyaz Volx (volxv-cadugәr)157 haqqında bılina qә-
dim bahadırlıq nağılının çox az dәyişilmiş vә xristianlıqdanqa-
baqkı dövrә tәsadüf edәn tipik süjetini bahadırlıq nağıllarına xas
mifoloji tәsәvvürlәrin “arxa fonları” ilә bәrpa etmәyә imkan ya-
radır. Ancaq bunun R.O.Yakobsonun bәrpa etmәyә çalışdığı,
slavyanlarda qurd ayini ilә bağlı “ümumslavyan әsatiri” olması
ağlabatan deyil. Bahadırlıq nağılı, adәtәn, mifoloji tәsәvvürlәrin
elementlәrini birlәşdirsә dә, qәhrәmanları inam vә ya dini inanc
predmeti olan әsatirlә eynilәşdirilә bilmәz.
R.O.Yakobson hesab edir ki, bu bılina knyaz Vseslav Polots-
kinin tarixi şәxsiyyәtinә, “onun mәğlubiyyәtdәn qәlәbәyә sehrli
keçidlәrlә zәngin qeyri-adi xarakteri”nә uyğunlaşdırılmışdır.158
Zәnn etmәk olar ki, bu sәbәb çox zahiri xarakter daşıyır vә ona
görә dә kifayәt qәdәr inandırıcı deyil. N.N.Voroninin qeyd etdiyi
127