Page 128 - jirmunski
P. 128
tor Jirmunski
kimi, Vseslavın Novqorod vә Kiyevi işğal etmәsi, feodal zülmü
nәticәsindә XII әsrin ikinci rübündә Kiyev dövlәtindә baş ver-
miş smerdlәrin üsyanları ilә bağlıdır. Bu üsyanlar qәdim bütpә-
rәstliyin bәrpası adı altında feodal xristian kilsәsinә qarşı baş ve-
rirdi: “Üsyanın başında cadugәrlәr dururdu vә hәrәkata bütpә-
rәstlik, antixristian xarakter verirdilәr”.159 D.S.Lixaçov yazır:
“Polotsk knyazlığında bütpәrәstliyin tәsiri hәlә çox idi vә XI әs-
rin ikinci yarısında Rus dövlәtinin siyasi alәmindә peyda olan
sehrbaz knyaz arxaik fiqurunu da mәhz bununla izah etmәk la-
zımdır”.160 D.S.Lixaçovun qeyd etdiyi kimi, knyaz Vseslavı Volx
Vseslavyeviç kimi poetik ideallaşdırma bu sosial mühitlә bağlı-
dır; qәdim, mәnşәcә xristianlıqdanöncәki, sehrbaz knyaz (qulya-
banı) haqqında bahadırlıq nağılının onun üzәrinә köçürülmәsi
buradan qaynaqlanır.
Ona görә dә R.O.Yakobson kimi, bılina süjeti ilә knyaz
Vseslavla Kiyev knyazı İzyaslavın mübarizәsi (Qulyabanı Volx
hind şahzadәsi ilә şahzadә qızın söhbәtini eşitdiyi kimi, Vsesla-
vın tәrәfdarları da knyaz İzyaslavın “pәncәrәnin önündә” öz ya-
xın adamları ilә söhbәtini eşidir vә s.)161 haqqında salnamә heka-
yәti arasında paralellәr axtarmaq mәqsәdәuyğun deyil. Bılina
knyaz Vseslavdan daha qәdimdir vә onun nağıl süjeti belә tә-
sadüfi detallarda sözügedәn dövrün tarixi hadisәlәrini әks etdirә,
üstәlik, bunun hәmin hadisәlәrin mövzusuna dair özünәmәxsus
poetik ifadәsini verә bilmәzdi.
Ola bilsin ki, cәnubi slavyan eposunda Odsaçan Әjdaha Vuk
haqqında epik nәğmәlәrin әsasını bahadırlıq nağılı tәşkil edir.
Hәr halda, biz Volx haqqında dastandakı kimi hәmin nağılın da-
xilәn bir-biriylә uzlaşan motivlәrinin burada da cәmlәşdiyinin
şahidi oluruq: qәhrәmanın şahzadә xanım vә әjdahadan sehrli
doğuluşu (bahadır-әjdaha oğlu); “qurd papağı” vә ya başında bir
topa qurd tükü ilә (po glavi mu vuçka dlaka raste)162, qartal qa-
nadları ilә vә yaxud çiynindә vә ya qabırğası üstündә sehrli işarә
ilә (ilan, qılınc vә s.) doğulmuş körpә; onun bahadır boyu günlәr-
lә yox, saatlarla artır, nağıl düsturuna görә isә “iki yaşında altı,
beş yaşında on yaşındakı uşaq” boyda olur (müq. et: monqol
eposu ilә: “Bir gündәn sonra o, biryaşlı, iki gündәn sonra ikiyaşlı,
128