Page 133 - jirmunski
P. 133
Xalq qəhrəmanlıq eposu

tur-xuntaycinin ölümündәn sonra (1634–1654-cü illәrdә hökmran-
lıq etmişdir) köçәri oyrat dövlәtindә baş vermiş daxili nifaq fakt-
ları ilә әlaqәlәndirilir – burada Şününün әsas rәqibi kimi onun
başqa qadından olan qardaşı, Batur-xanın tarixi mәnbәlәrdәn
yaxşı mәlum olan oğlu Qaldan-seren çıxış edir. O, sonralar Cun-
qariyanın mütlәq hökmdarına çevrilir (1671–1697), Şünü isә qa-
zax çöllәrinә, oradan da Moskvaya, çar Aleksey Mixayloviçin
yanına qaçmalı olur.175 Hәr halda, bu tarixi rәvayәtin sonrakı xa-
rakteri, digәr mәqamları da nәzәrә alsaq, bu әsәrin daha ilkin rus
bılinasının mәnbәyi olması haqda Stasovun fәrziyyәsini tәkzib
edir.

Millerin etdiyi kimi, bu tәdqiqata Rüstәmin vә digәr buna
oxşar qәhrәmanların rәvayәtlәrini dә әlavә etsәydik (hökmdar
tәrәfindәn incidilәn qәhrәmanın özü könüllü olaraq sürgünә yol-
lanır vә öz hökmdarını çәtin vәziyyәtdә qoyur, tәhlükә zamanı
hökmdar mәcburәn ona yalvarmalı olur), yaxınlaşmaların dairә-
sini daha da genişlәndirmәk olardı. Firdovsinin “Şahnamә”sin-
dәki Rüstәm vә şah Keykavus haqqında hekayәt, әslindә, sözüge-
dәn daha geniş süjet dairәsinә aiddir (İlya vә Markdan fәrqli ola-
raq, Rüstәm zindana atılmır). Böyük Karl ilә onun qardaşı oğlu
vә birinci paladini Roland arasında (o, nәhәng bütpәrәst Fyerb-
rasa (“Fierabras” poemasında) qarşı mübarizәdә öncә öz dayısı-
na yardım etmәkdәn boyun qaçırmışdı), Sid ilә Kastiliya kralı
Alfons arasında, (“Sid haqqında nәğmә” ispan dastanı), nәhayәt,
daha qәdim “İliada”da Axilles ilә Aqamemnon vә Akvalı Valter
haqqında german eposunda (“Waltharius manu fortis”, X әsr)
Hagenlә Qunter arasında baş verәn münaqişәlәri dә buraya aid
etmәk olar.

Fikrimizcә, belә süjet yaxınlaşmalarının, mәsәlәn, fransızla-
rın Ojye (Reno), cәnubi slavyanların Marko, rusların İlya, iranlı-
ların İsfәndiyar, monqol-türklәrin Şünü (Sunu) obrazları arasın-
da, hәtta çox mәhdud çәrçivәdә belә (bahadırın әdalәtsizliklә
zindana atılması) genetik әlaqәnin olmasını güman etmәk çәtin-
dir. Burada oxşarlıq genetik yox, tipolojidir. Hәr yerdә ilkin şәrait
eynidir: zәif hökmdar öz ölkәsini yadelli işğalçılardan müdafiә

133
   128   129   130   131   132   133   134   135   136   137   138