Page 135 - jirmunski
P. 135
Xalq qəhrəmanlıq eposu

“kiçildilmiş” obrazında şah Keykavusun әksini, xalq qәhrәmanı
İlya Murometsdә isә Rüstәmin rus transformasiyasını görmәk is-
tәyәn Vsevolod Miller İran eposunun rus bılinalarındakı üçüncü
fiquru kimi knyaginya Yevpraksiyanı da onlara birlәşdirir vә onu
Keykavusun arvadı – “ehtiraslı vә hiylәgәr” Südabә obrazı ilә
müqayisә edir.177 Südabә oğulluğu şahzadә Siyavuşa öz mәhәb-
bәtini izhar edir, rәdd cavabı alanda şahı inandırmağa çalışır ki,
guya şahın oğlu onu biabır etmәk istәyirmiş. Hәmçinin “Qırx
sәrsәri” bılinasında da Yevpraksiya sәrsәri xanәndәlәrin başçısı
Kasyan Afanasyeviçi yoldan çıxarmaq istәyir vә rәdd cavabı al-
dıqda ona böhtan atır. Bundan başqa, ehtiraslı knyaginya digәr
bılinada yaraşıqlı Çuril Plenkoviçi öz yanına dәvәt edir, ancaq
uğursuz olur vә knyaza Tuqarin Zmeyeviçlә xәyanәt edir.

Lakin xatırlasaq ki, sonrakı fransız eposunda Karlın arvadı
gözәl Qaliyena da belә alçalmaya mәruz qalır (o da gәnc Haren
de Monqlanı görәn kimi pozğun ehtirasa tutulur, onu tutub saxla-
mağa cәhd edәrkәn Harenin plaşını dartıb cırır (“Haren de Monq-
lan”, XIII әsr)),178 rus vә İran eposunun bu analoji fiqurları ara-
sında әlaqәlәrin labüdlüyü mәsәlәsi dәrhal qüvvәdәn düşür.

“Sasunlu David”dә dә oxşar situasiyaya rast gәlirik (David
vә onun xalası Sәriyyә).179 Çox güman ki, bütün bu hallarda (Ha-
renin cırılmış plaşı, Yevpraksiyanın sәrsәrinin dağarcığında giz-
lәtmәyi әmr etdiyi fincan kimi ayrı-ayrı süjet tәfsilatları) Qәrbdә
İncildәn, Şәrqdә isә Qurandan180 çox yaxşı mәlum olan Gözәl
Yusif haqqında mәşhur hekayәt ümumi mәnbә rolunu oynayır.
Bu, hәtta Siyavuşun hekayәti kimi hәmin rәvayәtin daha qәdim
formasının әksi dә ola bilәr.181 Ancaq oxşar inkişaf şәraitindә ey-
ni roman süjeti müxtәlif xalqların epik yaradıcılığına ümumi
mәnbәdәn müstәqil şәkildә dә gәtirilә bilәrdi.

İlya haqqında bılinanın, elәcә dә “Marko vә quldur Musa”
nәğmәsinin süjetini hәm rus, hәm dә cәnubi slavyan orta әsr va-
riantlarından mәlum olan Müdrik Akir haqqında Şәrq hekayәti
ilә dә qarşılaşdırırdılar.182 Akiri dә hökmdar әdalәtsizlik edib zin-
dana atır. Onu ölümdәn şahın mehtәri xilas edir; belәliklә, şaha
onun düşmәni, Misir hökmdarı Fironun verdiyi tapmacaları tap-

135
   130   131   132   133   134   135   136   137   138   139   140