Page 140 - jirmunski
P. 140
tor Jirmunski
3. Ovda sui-qәsd. “Edda”da deyildiyi kimi, ta qәdimdәn
Ziqfridin (Siqurdun) ölümü haqqında iki versiya mövcud idi: bi-
rinci versiyaya görә, o, qohumları tәrәfindәn gәrdәkdә (Bettod)
yatarkәn öldürülmüşdür; xarakterinә görә daha qәdim olan “Si-
qurd haqqında nәğmәdәn parçalar”a (“Bröt af Sigurtharquithu”)
vә bu nәğmәnin nәsr variantının şәrhinә görә isә o, Reyn (Wald-
tot) yaxınlığında meşәdә veçeyә (thing) gedәrkәn öldürülmüşdür.
Feodal dövrünün “Nibelunqlar haqqında nәğmә” alman epik
poemasında bu sui-qәsdin bütöv bir nәğmә çәrçivәsindә geniş
dramatik mәnzәrәsi yaradılır (XVI n.). Sui-qәsd çöl donuzu ovu
zamanı baş verir. Hagen hiylә ilә Ziqfridin arvadı Krimhildadan
onun zәif yerini öyrәnir, Ziqfrid әyilib bulaqdan su içәrkәn, nizә
ilә onu kürәyinin ortasından vurur.
Bu dramatik sәhnә ilә bağlı İsveçrә germanisti Zinger “Dau-
rel vә Beton” (“Daurel et Beton”, XII әsrin sonu) provansal poe-
masında çox oxşar prototip müәyyәn etmişdir. Alimin fikrincә,
әsәr bizә gәlib çatmayan daha erkәn qәdim fransız mәnbәsindәn
qaynaqlanmışdır.194 Bu poemada Zinger “Nibelunqlar”la üst-üstә
düşәn bir sıra motivlәr aşkar etmişdir (arvadının mәşum hissi,
qaban ovu zamanı sui-qәsd, ağır yaralının öz qatilinә müraciәt
etmәsi, cәsәdin üstündә dul qadının ah-zar etmәsi vә s.). Gözlә-
nilmәzliyinә baxmayaraq, bu oxşarlıq o qәdәr inandırıcı oldu ki,
onu Nibelunqlar haqqında dastanın әn nüfuzlu tәdqiqatçısı Hoys-
ler dә qәbul etdi.195
Ancaq sonrakı tәdqiqatlar bir tәrәfdәn Zinger-Hoysler fәr-
ziyyәsinin qarşılaşdığı ciddi xronoloji çәtinliklәri göstәrdi, digәr
tәrәfdәn isә onlar analoji süjetlәrin qәdim fransız eposunda da
geniş yayıldığını aşkar etdilәr. Panserin196 qeyd etdiyi kimi, “Da-
urel vә Beton” mәzmunca bir-birinә yaxın olan XII әsr qәdim
fransız poemalar qrupuna (“Jurden de Blev”, “Orson de Bove”
vә b.) daxildir ki, bunlarda da hadisәlәrin düyünlәnmәsi kimi ar-
vadının mәhәbbәtini qazanmaq istәyәn rәqibin qәhrәmanın ata-
sını xaincәsinә öldürmәsi (әn çox mәhz ov zamanı) götürülür.
Digәr әsәrlәr üçün mәnbә rolunu oynayan әn qәdim nümunә
“Bueves d’Hanstone” (sonrakı rus vә serb nәsr variantlarında
“Şahzadә Bova”) mәlum poemasıdır ki, burada da qәhrәmanın
140