Page 141 - jirmunski
P. 141
Xalq qəhrəmanlıq eposu

atası, qraf Qvidonun (Gui de Hanstone) onun arvadının sevgilisi
Dodon (Doun) tәrәfindәn xaincәsinә öldürülmәsindәn söz açılır.
Burada artıq Zingerin “Daurel”dә qeyd etdiyi (arvadının mәşum
hissi, qaban ovlama vә s.) bütöv motivlәr seriyasına rast gәlinir.

German Şneyderin alman vә qәdim fransız eposlarının qarşı-
lıqlı münasibәtlәri haqqındakı әvvәlki işindә mәsәlә daha geniş
qoyulmuşdur. Şneyder göstәrdi ki, bu tip qәtllәr fransız eposu
üçün sәciyyәvidir. “Lotaringiyalı Qaren”, (“Garin de Lothrenc”)
poemasında qәhrәmanlardan birini qaban ovu zamanı öldürürlәr,
“Raul de Kambre” (“Raoul de Cambrai”) poemasında isә bulaq
başında qohumlardan biri digәrini öldürür. Bu fransız poemaları-
nın Nibelunqlarla müqayisәsindәn belә çıxır ki, Ziqfridin meşә-
dә öz qohumları tәrәfindәn öldürülmәsi (tinqә gedәrkәn) motivi
alman eposunda ov zamanı, bulaq başında yeni şablonlara müva-
fiq işlәnmәyә mәruz qalmışdır.

Serb xalq rәvayәtindә sonuncu Nemaniçin, Uroşun öz rәqibi
kral Vukaşin tәrәfindәn öldürülmәsi haqqında hekayәt dә elә bu
istiqamәtdә inkişaf edir. Mәlum olduğu kimi, Vukaşin Uroşun
qatili deyildi, o özü onun ölümündәn bir neçә ay qabaq Maritsdә
hәlak olmuşdu; ancaq çar Stefan Duşanın varislәri arasındakı çә-
kişmәlәr vә onun çarlığının parçalanması nәticәsindә Vukaşinin
Bolqarıstan vә Makedoniyanın kralı elan edilmәsini Serb dövlә-
tinin birliyi tәrәfdarları nәinki Stefanın varisinin hüquqlarının
tapdalanması, hәtta onun hәyatına sui-qәsd kimi qәbul etdilәr.
XVII әsr abidәlәrindә kilsәnin müqәddәs elan etdiyi Uroşun ar-
tıq kral Vukaşinin xidmәtçilәri, sonralar isә onun elә özü tәrәfin-
dәn, ov zamanı öldürülmә motivi ilә bağlı orta әsrlәr qәtl formu-
lu çәrçivәsindә öldürülmәsindәn danışılır. Peç patriarxı Piasiyin
“Çar Uroşun hәyat hekayәsi”ndә bu haqda geniş bәhs edilir.197

Qatil XVIII әsr Tronoş salnamәçisinin qeydlәrindә Vukaşi-
nin özüdür. O, Kosovo çölündә ov zamanı Uroşla tәklikdә qalar-
kәn onu әmudla öldürür.198

Bu rәvayәtin xәlqiliyi xalq nәğmәlәri ilә tәsbit olunur. Bu
nәğmәlәr, “Uroş vә Mrlyavçeviçi” (Vuk, II, № 33) nәğmәsindәn
fәrqli olaraq, Uroşun taxta oturmasından sonrakı faciәsindәn da-

141
   136   137   138   139   140   141   142   143   144   145   146