Page 142 - jirmunski
P. 142
tor Jirmunski

nışılır. Belә ki, Petranoviçin variantında (I, № 17) Vukaşin Uro-
şu Şar-planindә ova dәvәt edir. Ovda Mrlyaçeviçilәrin digәr qar-
daşları – Uqleş vә Qoyko da iştirak edirlәr. Onlar Uroşu tәhlükәli
yerdә qoymağa cәhd edirlәr, ancaq o, sağ-salamat qalır. Onda
Vukaşin onu gölün yanına gәtirir, öz әmudu ilә öldürüb cәsәdini
gölә atır. Milutinoviçin variantında (№ 156) taxt-tacı yetkin ya-
şına çatmış Uroşa vermәk mәcburiyyәtindә qalan Vukaşin onu
özü ilә ova dәvәt edir vә Uroş әyilib su içmәk istәyәndә başına
ağır zәrbә endirir, beynini dağıdır. Vukaşinin bacısı (Uroşun ana-
sı) cәsәdi tapır vә onu monastıra aparır. Maxal bu hekayәtlәrin
“Nibelunqlar”la oxşarlığını qeyd edir;199 ancaq çәtin ki, kimsә
burada hansısa genetik asılılığın olduğunu iddia etsin.

Ancaq salnamәdәki rәvayәt Uroşun ölümü ilә kifayәtlәnmir:
o, Vukaşinin Maritsada ölümündә onun etdiyi cinayәtin cәzasını
görür vә qeyd edir ki, onu da mәğlubiyyәtdәn sonra Uroşu haq-
layan ölüm haqlayıb. Artıq Orbini (1601), sonra Kaçiç (1759),
nәhayәt, Tronoş salnamәçisi nәql edir ki, döyüş yerindәn qaçan
Vukaşini öz xidmәtçisi Nikoloy Arsoyeviç (vә ya Narsoyeviç)
әyilib su içәndә öldürür. Kaçiçin rәvayәtinә görә, “sürәtlә yuxa-
rıya doğru irәlilәyәn Vukaşin soyuq çeşmә görür vә güclü yanğı
hiss edәrәk öz qulluqçusundan xahiş edir ki, ona su gәtirsin; o,
qulluqçunun sözünә qulaq asmadığını görüb atdan enir vә su iç-
mәyә başlayır. Onda Nikola Narsoyeviç qılıncını sivirib onun
başını vurur, monistonu, atı vә atın belindәkilәri özü ilә götürür”.
Bununla bağlı Maretiç dә “Nibelunqlar”dakı Ziqfridin ölümünü
yada salır.200 Cәnubi slavyan epik poeziyasında bu süjet xain qul-
luqçusu Nikoloy Tomanoviç tәrәfindәn öldürülәn adsız “budim
kralı”na (yәni macar) aid olunmuş şәkildә saxlanmışdır (Boqi-
şiç, № 35).

Artıq yuxarıda qeyd edildiyi kimi, cәnubi slavyan yunak
nәğmәlәrindә tarixi voyevoda, Periteoriyanın feodal hakimi Mom-
çilin imperator İoann Kantakuzenin qoşunları ilә döyüşdәki
ölümünü xain arvad, kral Vukaşinin sevgilisi Vidosavanın yol-
dan çıxarması ilә ovda baş verәn ölüm әvәzlәmişdir (Vuk, II, 24,
“Jenidba kralğa Vukaşina”). Bir çox müәlliflәr bu süjetin Bove

142
   137   138   139   140   141   142   143   144   145   146   147