Page 137 - jirmunski
P. 137
Xalq qəhrəmanlıq eposu
iştirak etmәk üçün bir şәrtlә onu azadlığa buraxır ki, o, könüllü
olaraq öz hәbs yerinә qayıtsın. İkinci vә sonuncu dәfә artıq Lan-
selotu onun düşmәninin bacısı azad edir; o, tәyin olunmuş vaxt-
da tәkbәtәk döyüş yerinә gәlir vә Meleaqanı öldürür.188 Lanselot
haqqında romanın nәsr variantında bu motiv daha iki dәfә varia-
siya edilir.189
Fransız qәhrәmanlıq eposunun cәngavәrlik romanı ilә yaxın-
laşan daha sonrakı nümunәlәrindә dәfәlәrlә gözәl bütpәrәst xa-
nım, sarasin şahının qızı tәsvir olunur. O, qәhrәmana aşiq olur vә
onun yolu ilә gedәrәk, öz vәtәninә vә dininә xәyanәt edir. Belә
ki, aşiqanә-qәhrәmanlıq janrının tipik әsәri olan vә belә yaxın-
laşmanın nәticәsindә yaranan “Qüyon de Bordo” (1220) poema-
sında sarasin әmirinin gözәl qızı Esklarmonda zindana, әsir
düşmüş Qüyonun yanına gәlir vә ona öz mәhәbbәtini izhar edir.
Qüyon imtina edir, çünki Esklarmonda bütpәrәstdir, ancaq qız
xritsianlığı qәbul etmәyә razılaşır; belә olduqda o, ona öz mә-
hәbbәtini vә sadiqliyini vәd edir, qız onu zindandan azad edir.
Gilyom Oranlı silsilәsindәn olan “Oranjın mühasirәsi” (XIII әsr
әlyazması) poemasında gәnc qәhrәman da sarasin әmirinә әsir
düşür; әmirin arvadı gözәl Orabl Gilyomu әsirlikdәn xilas edir,
düşmәnә qalib gәlmәkdә ona kömәk edir, xristianlığı qәbul edә-
rәk, Qiburq adı ilә onun sadiq arvadı olur.
Ancaq bu mövzu feodal dövrünün Şәrq әdәbiyyatında da ge-
niş, özü dә, görünür, Qәrblә heç bir әlaqәsi olmadan tәsvir olun-
muşdur. Belә ki, Alpamış haqqında epik dastanın oğuz versiyası
olan “Bamsı Beyrәk”dә (“Kitabi-Dәdә Qorqud” boyları, XV–XVI
әsrlәr) әsir saxlanan Bamsını Bayburd qalasından ona aşiq olan
xristian qız, oğuz bahadırını әsir götürmüş qalabәyinin qızı azad
edir: qız onun döyüş atını gәtirir vә o atlanıb, әsirlikdәn qaçır.
Özbәk qәhrәmanlıq eposu “Alpamış”da (XVI әsrin әvvәli) da
qәhrәmanı kalmık şahı Tavka-aimin qızı belәcә, atın kömәyilә
xilas edir. “Alpamış”ın çoxsaylı milli versiyalarından әn qәdi-
mindә – altay bahadırlıq nağılı “Alıp-Manaş”da qәhrәmanın
sehrli atın kömәyilә xilas olunması motivi yer almışdır, ancaq
burada ona aşiq olan hәr hansı bir gözәlin iştirakından söz açıl-
137