Page 134 - jirmunski
P. 134
tor Jirmunski

etmәk iqtidarında deyil; bunu onun tәrәfindәn әdalәtsizcәsinә in-
cidilmiş, xalqın rәğbәtini qazanmış drujinaçı vә ya vassal olan
qәhrәman edir. Şәraitin ümumiliyi burada oxşar tarixi-mәişәt
mühiti ilә müәyyәnlәşir: mәlumdur ki, mәsәlәn, Sid haqqında
(ola bilsin ki, elә Şünü haqqında da) süjetin әsasını gerçәk tarixi
faktlar tәşkil edir. Oxşar tarixi reallığı әks etdirәn ümumi oxşar
şәraitin mövcudluğu halında analoji, tam müstәqil süjet işlәn-
mәsi dә mümkündür (Marko – İlya Muromets – Ojye vә b.): illәr
boyu gizlicә qәhrәmanın hәyatını qoruyan xilaskar fiqurunun
mövcudluğu; uzun illәr mәhbәsdә qalan qәhrәmanın qorxunc
görünüşü; onun gücünün bahadır yemәk-içmәyi ilә bәrpa edil-
mәsi; әdalәtsiz hökmdarın bahadırın qarşısında alçalaraq öz tәq-
sirini boynuna alması vә s. Detallardakı uyğunluqlar burada süjet
işlәnmәsinin uyğun şәkildә aparılmasının nәticәsi kimi sәciyyә-
lәnir. Bu tip süjetlәr müәyyәn tarixi şәraitdә: feodal dövlәtindә
mәrkәzi hakimiyyәtinin daxili çәkişmәlәr vә qiyamlar nәticәsin-
dә zәiflәmәsi, iri vassalların özbaşınalığı ilә mübarizә apara bil-
mәmәsi, xalqı onların zorakılığından, eyni zamanda xarici düşmәn-
lәrin hücumlarından müdafiә etmәk iqtidarında olmadığı zaman
xüsusi populyarlıq qazanır. Belә hallarda bahadır xalq müdafiә-
çisinin ideal obrazı olur.

Üstәlik, epik hökmdar obrazı artıq xalqın birliyi ideyasını,
onun ideal müdafiәçisi kimi ifadә edә bilmir (“Roland haqqında
nәğmә”dә, Kiyev silsilәsindәn olan daha erkәn bılinalarda, qır-
ğızların “Manas” vә ya kalmıkların “Canqarnamә” dastanlarında
olduğu kimi), o, mәnfi – qorxaq vә kömәksiz, zalım vә qәddar,
xeyirxah bahadırları әdalәtsizcәsinә qovan cizgilәri qazanaraq
zәiflәyir vә cılızlaşır. Mәlumdur ki, fransız eposunda Böyük
Karl,176 rus bılinalarında Vladimir Krasnoye Solnışko obrazları-
nın sonrakı transformasiyası mәhz belәdir; Firdovsi dә şah Key-
kavusu belә tәsvir edir. Tәәccüblü deyil ki, bu obraza uyğun ola-
raq layiq olmadığı incikliyә baxmayaraq, ağır zamanlarda öz vә-
tәninin yeganә müdafiәçisi kimi çıxış edәn xalq qәhrәmanı haq-
qında epik dastan yaranır.

Epik hökmdar obrazı ilә bәrabәr onun arvadının, әnәnәvi
epik gözәl obrazının da cılızlaşması baş verir. Knyaz Vladimirin

134
   129   130   131   132   133   134   135   136   137   138   139