Page 131 - jirmunski
P. 131
Xalq qəhrəmanlıq eposu

müqayisәlәr aparılır. Burada da öz bahadırına hirslәnәn knyaz
Vladimir әmr edir ki, “onu dәrin zindana atsınlar vә acından ölә-
nәdәk orada saxlasınlar”. İlyanı Vladimirin kiçik qızı (vә ya
knyaginya Apraksiya) xilas edir. Kalin şah mәğlubedilmәz ordu
ilә Kiyevә yaxınlaşanda onun qarşısına çıxa bilәcәk qәhrәman
tapılmır. Bu zaman Vladimirә xәbәr verirlәr ki, onun әn yaxşı
bahadırı sağdır, İlyanı zindandan çıxarırlar, yedirib-içirirlәr vә o
“dincәldikdәn” sonra düşmәni mәğlub edir.

Rus bılinalarının yaranmasına aid Şәrq nәzәriyyәsinin tәrәf-
darları bu bılinanın mәnbәyini Şәrq xalqlarının epik yaradıcılı-
ğında axtarırdılar. Vsevolod Miller özünün “Ekskurslar”ında İl-
ya haqqında eposun rus “Rüstәmnamә”si olması ideyasına sadiq
qalaraq İlyanı Rüstәm vә İsfәndiyarla (İsfәndiyarı o, “Rüstәmin
dubleti” hesab edir) müqayisә edir. Miller yazır: “Keykavus
Rüstәmi asmaqla hәdәlәyir, Güstasp İsfәndiyarı zindana atır, an-
caq sonra qaçılmaz bәdbәxtliklә üzlәşdikdә hәr iki şah bahadır-
lar qarşısında öz günahını anlayıb sәhvini düzәltmәyә çalışır.
Bahadırlar isә alicәnablıqla onları bağışlayıb dövlәti xilas edir-
lәr”.171

Lakin Rüstәm әslindә bu müqayisәdәn kәnarda qalır. Axı o,
zindanda oturmur: şah Keykavus qәzәblәnib onu özündәn uzaq-
laşdırır, ağır vaxtlarında bahadırın dalınca adam göndәrәndә isә
o, bu çağırışa dәrhal getmir, әvәzindә üç gün, üç gecә onun elçi-
lәri ilә ziyafәt qurur. Rüstәm öz mәskәninә qayıdır vә şahı әfv et-
mәsi, saraya qayıdıb düşmәnә qarşı çıxması üçün ona çox yal-
varmalı olurlar.

İsfәndiyarın rәvayәti mövzuya daha yaxındır. O, şahzadәdir,
şah Güştaspın oğludur, günahsız olaraq bir paxıl әyan tәrәfindәn
şәrlәnmişdir: guya bu güclü bahadır atasının taxt-tacına yiyәlәn-
mәk istәyir. Şah oğlunu zindana atmağı vә dәmir sütunlara bağ-
lamağı әmr edir. Ancaq çoxsaylı düşmәn qoşunu ölkәyә hücum
çәkib şahı mәğlub edәndә o, öz әmәlindәn peşman olur, bahadırı
zindandan azad edir vә bahadır düşmәnә qalib gәlir.

Digәr tәrәfdәn, rus eposu üçün türk vә monqol qaynaqları
axtaran V.V.Stasov İlyanın şücaәti üçün Rüstәmdәn savayı, oy-

131
   126   127   128   129   130   131   132   133   134   135   136