Page 132 - jirmunski
P. 132
tor Jirmunski
rotların (Mәrkәzi Asiyanın çöllәrindә yaşayan Cunqariya kal-
mıkları) rәvayәtlәrindә bahadır Şünü vә ya Sunu ilә bağlı digәr
paralellәr dә tapmışdır.172 Bu rәvayәtlәr ona altaylı teleutların vә
Yenisey qırğızlarının rәvayәtlәri ilә bağlı V.V.Radlovun apardığı
qeydlәrdәn tanış idi.173 Bunlardan başqa, digәr missioner etnoq-
raf Verbitskinin (yenә dә altaylardan), qazax maarifçisi Vәlixa-
novun, Potaninin, monqolist Pozdneyevin vә başqalarının qeyd-
lәri dә vardır; Şonabotar haqqında rәvayәtlәr elә indi dә buryat-
monqollarda çox mәşhurdur vә bu yaxınlarda buryat “Enxe-Bu-
lat-Bator” operasının materialı kimi istifadә olunmuşdur.
Stasova mәlum olan versiyalara görә, oyrat xanı Konq-daidi-
nin (yәni xan-tayçji – XVII әsr kalmık xanlarının ümumi titulu)
oğlu, xalqın sevimlisi, gözәl oxçu, bahadır Şünü (vә ya Sunu)
xan qarşısında öz qardaşları (başqa qadından) vә ya qohumları
tәrәfindәn şәrlәnir vә xan öz oğlunun niyyәtindәn tәşvişә düşüb
onun әl-ayağını bağlayır, belini qırıb quyuya atmağı әmr edir.
Verbitskinin hekayәtindә şahzadәni, quyuya lağım ataraq yeddi
il әrzindә onu orada yedirәn bir qoca xilas edir. Xanın xәrac ve-
rәnlәri Şünün başına gәlәnlәri eşidincә bu xәracdan boyun qaçır-
maq mәqsәdilә ona böyük bir ox göndәrirlәr: o, bu oxun yayını
çәkә bilsә, onlar әvvәlkitәk xәrac ödәyәcәklәr, çәkә bilmәsә, o
özü onlara xәrac vermәlidir. Nә xanın oğlanları, nә digәr baha-
dırlar bu işin öhdәsindәn gәlә bilmirlәr. Ata mәcbur olub Şününü
azad edir. Qәhrәmanın bәdәnini tamamilә mamır basmışdı: “o,
gün işığını yadırğamışdı, odur ki, üzüüstә düşüb, düz yarım gün
belәcә qaldı”. Ata onu dәvә südündә çimizdirmәyi әmr edir, ona
iri qabda şәrab verirlәr, o, şәrabı birnәfәsә içir, bütöv bir qoyun-
la qәlyanaltı edir. Belәcә, onun gücü özünә qayıdır, o, düşmәn
oxunun yayını çәkib sındırır, sonra isә bu incikliyi әfv etmәdiyi
üçün öz atasından vә qardaşlarından uzaqlaşır.
Şünü haqqında hekayәt şahzadә İsfәndiyarın rәvayәtiylә
müәyyәn oxşarlıq tәşkil edir. Ancaq bu, epos deyil, XVII әsrdәn
tez olmayaraq yaranan sonrakı tarixi rәvayәtdir, çünki buradakı
hadisәlәr Şününün sığınacaq tapdığı ruslarla ilk toqquşmasının
tarixi fonunda cәrәyan edir. Bir çox variantlarda bu hadisәlәr Ba-
132