Page 129 - jirmunski
P. 129
Xalq qəhrəmanlıq eposu
üç gündәn sonra üçyaşlı uşaq boyda oldu”); o, әjdaha ilә vuruşur –
әjdahaya, şahzadә qızın adaxlısına qalib gәlir (Vuk, II, № 42,
“Çariça Militsa i zmaj od Jastreptsa” – bax: s.95); onun ölümü
qadağanın (tabunun) pozulması ilә bağlıdır: o, döyüşdәn ağır ya-
ralı qayıdır, arvadı ağ vilanın vә әjdahanın onun qanlı yarasını
sildiyini görür vә bu sirri anasına açır, sehrli loğmanlar Vuku
tәrk edirlәr, o ölür (Boqişiç, № 16).163
Nәyә görә bu qәdim bahadırlıq nağılı Yuri Brankoviçin nә-
vәsi, türklәr Smederevi tutduqdan (1459) sonra macar kralı Mat-
feyin vassalı vә sәrkәrdәsi olmuş, ölümünә qәdәr (1485) türk ha-
kimiyyәtinә qarşı mәrdliklә vuruşmuş zalım Vukun tarixi adına
uyğunlaşdırılmışdır, bәlli deyil.164
R.O.Yakobson әjdaha oğlu Vuk haqqında cәnubi slavyan
nәğmәlәri ilә Volx Vseslavyeviç haqqında bılinanı qarşılaşdıra-
raq burada “ümumi mifoloji irs”ә (common mythological patri-
mony) әsaslanan “vahid ümumslavyan epik süjeti”nin (an epic
plot on Common Slavic lore) әks olunduğunu qeyd edir.165
Ancaq qәdim nağıl motivlәrinn şәksiz ümumiliyinin olması-
na baxmayaraq, rus bılinasının vә cәnubi slavyan nәğmәlәrinin
әsas epik süjetlәri faktiki olaraq o qәdәr fәrqlidir ki, vahid
ümumslavyan mәnşәyinә – epik dastanına, xüsusәn epik nәğmә-
sinә bağlamaq doğru olmazdı.
10
İndiyәdәk nәzәrdәn keçirdiyimiz motiv vә süjetlәr qismәn
yeni ictimai şәraitә uyğunlaşmasına vә ya transformasiyaya mә-
ruz qalmasına baxmayaraq, әksәrәn daha qәdim bahadırlıq na-
ğıllarına aiddir. Lakin mәnşәcә nisbәtәn yeni dövrlәrdә yaran-
mış, orta әsrlәrdә meydana gәlmiş vә feodal dövrü üçün sәciyyә-
vi xarakter daşıyan epik süjetlәr sahәsindә dә mәntiqi oxşarlıqlar
mövcuddur. Bir neçә misal gәtirәk:
1.Hökmdar әdalәtsizlik edib, özünün әn yaxşı bahadırını
zindana atır (vә ya öz sәltәnәtindәn qovur). Düşmәn hücumu
zamanı azad edilәn (vә ya qaytarılan) bahadır dövlәtin xilaskarı-
na çevrilir.
129