Page 124 - jirmunski
P. 124
tor Jirmunski
mәzlik bahadır nağılları qәhrәmanının xüsusiyyәtidir; bax: s.19).
Skandinaviya versiyalarında isә o, öldürülmüş әjdahanın ürәyini
bişirәndә dilinә qan sıçrayır vә bununla da quşların dilini anla-
mağa başlayır. “Edda” nәğmәlәrinin birindә gәnc Ziqfridin (Si-
qurd) qalxanlardan düzәldilmiş hasarın arxasında yuxuya getmiş
bir gözәli oyatmasından bәhs edilir (yatmış gözәl haqqında nağıl
süjeti – Aarnenin kataloqu, № 510); bu gözәl döyüşkәn qızdır,
Siqrdrifin valkiriyasıdır (Sigrdrifa – “qәlәbәyә sövq edәn”), o,
qәhrәmana müdrikliyin sirlәrini öyrәdir (runların biliyi). Sonrakı
island әnәnәsindә onu qәsri alovlu bәndlәrlә әhatә olunan Brünhil-
da ilә eynilәşdirdilәr (qәdim bahadırlıq nağıllarında “sehrli sәrhәd-
lәr” formasından biri); bәndlәri yalnız qorxu nә olduğunu bilmәyәn
bahadır keçә bilәrdi (“Volsunqlar haqqında saqa”, XXI–XXII fә-
sil). Bunlara Ziqfrid-elçi haqqında dastan da aid edilir ki, bu da,
rus nağıl paralellәrindәn gördüyümüz kimi, sehrli kömәkçi ilә
elçilik haqqında qәdim bahadırlıq nağılından törәmişdir.
Qәhrәmanın nağıl obrazı vә onun epik bioqrafiyasının nağıl
xarakteri (sehrli mәnşәyi, sehrli mәğlubedilmәzliyi, bahadır qı-
lıncının vә atının, bәzi hallarda qızın özünün dә әldә edilmәsi,
ilanla döyüş vә s.), konkret tarixi mәhdudlaşdırmanın vә patriar-
xal ailә-qәbilә çәrçivәsindәn kәnara çıxan daha geniş ictimai-ta-
rixi, xalq vә dövlәt perspektivi olmadıqda bahadır şücaәtlәrinin
özәl xarakteri – bütün bunlar patriarxal-qәbilә cәmiyyәtindә ya-
ranmış eposun tipoloji cәhәtdәn daha qәdim inkişaf mәrhәlәsinә
aid bahadırlıq nağılının xarakterik әlamәtlәridir; feodal münasi-
bәtlәrinin inkişafı ilә bahadırlıq nağılı yeni milli-tarixi mәzmun-
lu qәhrәmanlıq eposuna transformasiya olunur (bax: s.44).
Belә transformasiyanın digәr әyani nümunәsi kimi Alpamış
haqqında türk xalqlarının epik dastanlarının inkişafını göstәrmәk
olar (bax: s.213). Bu dastanın tipoloji cәhәtdәn daha qәdim for-
masını tәşkil edәn altay bahadırlıq nağılı “Alıp Manaş”ın özbәk
qәhrәmanlıq eposu “Alpamış”la (XVI әsrin әvvәli) vә ya miqya-
sına görә daha kiçik oğuz dastanı “Bamsı Beyrәk”lә (“Kitabi-
Dәdә Qorqud” epik silsilәsindә, XV–XVI әsrlәr) müqayisәsi il-
kin nağıl süjetinin feodal dövrünün qәhrәmanlıq eposuna trans-
formasiyasını aydın şәkildә göstәrir. Özünün әsl formasında
124