Page 123 - jirmunski
P. 123
Xalq qəhrəmanlıq eposu

epik dastanlarından fәrqli olaraq, Ziqfrid haqqında dastan qәdim
nağıllara daha yaxındır: “Demәk olar ki, gәnc Ziqfrid hәr hansı
digәr german eposu fiqurundan daha çox qәhrәmanlaşdırılmış
nağıl personajıdır” (der heroisch gesteigerte Mәrchenheld).148

Ziqfrid Qunterdәn, Ditrixdәn (Teodorixdәn), Etseldәn (Attila-
dan) fәrqli olaraq, tarixi şәxsiyyәt deyil: onu oxşar adlar daşıyan,
Merovinqlәr soyundan (ola bilsin, onlar bu adı mәhz qәdim
frank nağıl eposu qәhrәmanının şәrәfinә qoyurdular) olan frank
kralları ilә eynilәşdirmәk cәhdlәri indiyәdәk nәticәsiz qalıb.149
Onun uşaqlığı vә ilk şücaәtlәri haqqında hekayәtlәr müxtәlif
mәnbәlәrdә mühüm fәrqliliklәr aşkar edir, ancaq hәr yerdә nağıl
xarakteri daşıyır. Ziqfrid meşәdә böyüyür, öz adını vә soyunu
bilmir (bu haqda ilk şücaәtindәn sonra xәbәr tutur), onu xallı ma-
ral әmizdirir (“Tidrek haqqında saqa”), bacarıqlı dәmirçi tәrbiyә
edir (görünür, bu, alb olur) vә onun kömәyiylә (“Edda”ya görә)
qәhrәman özünә әlinin ağırlığına tab gәtirәn bahadır qılıncı
düzәldir (qılınc dәmirçi zindanını parçalayır, çayın axarı ilә üzәn
yun topasını kәsir); onun bahadır atının tutulması haqqında da
rәvayәtlәr mövcud idi (“Edda”da, ola bilsin ki, ikinci miflәşdir-
mә ilә: tanrı Odinin, onun әcdadının yardımı). Gәnc Ziqfridin ilk
şücaәti bir versiyaya görә, iki qardaşa – alb vә ya tsverqlәrә
mәxsus olan vә buna görә mübahisә predmetinә çevrilәn dәfinә-
nin tapılması (“Nibelunqlar haqqında nәğmә”, III, 91–98) geniş
yayılmış nağıl motividir (Motif-İndex, D 832, Aarnenin katalo-
qu, № 518); bu qardaşlar – “Nibelunqlar”, yәni yeraltı dünyanın,
“dumanlar ölkәsi”nin sakinlәridir (“Edda”da müq. et: Niflheimr –
“yeraltı dünya”, “ölülәr padşahlığı”). Bu versiyaya görә, dәfinә
ilә birlikdә o, cırtdanlardan bahadır qılıncı vә görünmәz papaq
da alır. Digәr versiyaya görә isә o, dәfinәni onu qoruyan ilanı
(әjdahanı) öldürәrәk әldә edir; tәcrid olunmuş “Ziqfrid haqqında
nәğmә”nin (XIII–XV әsr) alman versiyasında vә buna әsaslanan
xalq kitabәsindә isә әjdaha150 әlçatmaz qayada qәsri olan qızı
qoruyur (burada o, Krimhilda adlandırılıb). Dastanın alman ver-
siyalarında Ziqfrid әjdahanın qanında çimәrәk mәğlubedilmәz
olur; çimәrkәn yalnız kürәyinin ortasına düşәn cökә yarpağının
yeri zәrbә üçün bәdәninin zәif hissәsi olur (sehrli mәğlubedil-

123
   118   119   120   121   122   123   124   125   126   127   128