Page 119 - jirmunski
P. 119
Xalq qəhrəmanlıq eposu

adi, hәtta müqәddәs vәzifә (ritual) kimi anlaşılanlar sonrakı
dövrlәrdә nikah qadağalarına vә etik normalara qarşı cinayәt,
qardaşlığa xәyanәt kimi dәyәrlәndirilmәyә başladı. “Tidrek haq-
qında saqa”da Qunnar Siqurda belә deyir: “Dostluğumuz naminә
heç bir kişiyә sәnin qәdәr etibar etmirәm”.133 Nibelunqlar haq-
qında nәğmәdә Ziqfrid-elçi süjeti (Ziqfridin faciәsi) dә tarixәn
şәrtlәndirilmiş “etibar”ın ikili anlaşmasına әsaslanır.

Ziqfrid-elçi süjetinә geniş (әsasәn dә rus) xalq nağılları qru-
punda rast gәlinir ki, bunların da, şübhәsiz, Nibelunqlar haqqın-
da german dastanı ilә müәyyәn genetik bağlılığı vardır. Lyovis of
Menar bu nağıllara xüsusi tәdqiqat işi hәsr etmişdir: o, 34 nağıl
toplayıb qarşılaşdırmağa müvәffәq olmuşdur.134 Bu nağılların
mәzmunu әsasәn aşağıdakı kimidir:

Çar (vә ya çarın oğlu, şahzadә İvan) istәyir ki, uzaq ölkәnin
hökmdarı, gözәl şahzadә qızla evlәnsin. Qız – “bahadır”, “güclü
vә qüdrәtli şahzadә”, “güclü sehrbaz”dır vә s. Onunla nişanlan-
maq üçün onu bahadır yarışlarında mәğlub etmәk lazımdır (nadir
hallarda onun tapmacalarını tapmaq). Mәğlub olanın isә boynu
vurulur.

Hökmdarın xidmәtçisi – elçilikdә kömәkçi kimi çıxış edәn
(onun dayısı Nikita Koltoma, İlyuşka Pyanuşka, bahadır-Burya
vә b.) obraz onu qorxulu sәfәrdәn çәkindirmәyә çalışır, ancaq
hökmdar inadından dönmür. Bәzәn toy karvanı şahzadә qızın sa-
rayına yaxınlaşdıqda kömәkçi imarәtin әtrafındakı dәmir hasarı
yarıb onların üzәrinә göndәrilmiş qoşunu tәşvişә salır. Burada
yarış, adәtәn, iki cür olur: nişanlı qızın yüz pud ağırlığında, әlli
nәfәrin çәtinliklә qaldıra bilәcәyi bahadır yayından oxatma (vә
ya üç pud toppuzun atılması vә s.) vә şahzadә qızın minilmәmiş,
xam, on iki bahadırın dәmir zәncirlә güclә saxladığı bahadır atı-
nın ram edilmәsi. Bu şücaәt adaxlının gücü xaricindәdir: bunları
qulluqçu-kömәkçi hәyata keçirir (gözәgörünmәz papaqda).

Bundan sonra qulluqçu hökmdarı xәbәrdar edir ki, nişanlı
qız üç gecә әrzindә onun gücünü sınayacaq, qoy o, hәr şeyә
dözsün. Ancaq şah qızın qüdrәtli әlinin (ayağının) ağırlığına
dözmür, qaçmağa üz qoyur. Nişanlı qızı onun kömәkçisi ram

119
   114   115   116   117   118   119   120   121   122   123   124